6 may 2012 17:36

Nataliya Mustafayeva dünya kubokunun bürünc medalını qazandı

Azərbaycan akademik avarçəkmə növündə böyüklər arasında mötəbər yarışlarda ilk medalını əldə edib. Azerisport.az xəbər verir ki, Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb. Qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) mübarizə aparan 27 yaşlı avarçəkənimiz finalda 2000 metr məsafəni 7 dəqiqə 29,71 saniyəyə qət edib.
 
O, start xəttinə dünya çempionu Xiuyun Çanq (Çin), dünya və 2 qat Avropa çempionu Mirka Knapkova (Çexiya), dünya çempionu Frida Svensson (İsveç) və Sanita Puspure (İrlandiya) ilə çıxıb. Daha bir finalçı İva Obradoviç (Serbiya) isə yürüşə qatılmayıb. Mustafayeva yürüşün 500 metrlik bölümündə 5-ci olub, 1000 metr və 1500 metr məsafəni o, 4-cü keçsə də, finişə Çanq (7:24.15) və Knapkovadan (7:27.55) sonra çatmağı bacarıb. Beləliklə, Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu nümayiş etdirib. Bu, ölkəmizin akademik avarçəkmə növündə böyüklər arasında mötəbər yarışlarda əldə etdiyi ilk medal olub.
 
London olimpiadasına lisenziya qazanmış daha bir akademik avarçəkənimiz Aleksandr Aleksandrov da Dünya Kubokunun I mərhələsində final yürüşünün iştirakçısı olub. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov 2000 metr məsafəni 6 dəqiqə 56,56 saniyəyə qət edərək, 5-ci yeri tutub. dünya və 2 qat Avropa çempionu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Andrey Sinek (Çexiya) 6 dəqiqə 47,82 saniyə nəticə ilə qalib olub. Alan Kempbell (Böyük Britaniya) 6 dəqiqə 51,33 saniyə nəticə ilə gümüş, Angel Furnier Rodriges (Kuba) 6 dəqiqə 53,62 saniyə nəticə ilə bürünc medal qazanıb. Finişə 6 dəqiqə 55,04 saniyəyə çatan Lianq Çanq (Çin) 4-cü olub. 22 yaşlı avarçəkənimiz yalnız 2 qat Avropa çempionu Mindauqas Qrişkonisi (Litva) 3,62 saniyə üstələməyi bacarıb.  
 
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində mübarizə aparmış digər akademik avarçəkənlərimizdən Viktoriya Nençeva – İskra Angelova dueti 2 nəfərlik təkavarlı qayıqla (W2) yürüşdə 11-ci, Boris Yotov kişilərin yarışında 1 nəfərlik qayıqla (M1X) yürüşdə 21-ci yeri tutub.

 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.