6 may 2012 14:06

İki avarçəkənimiz dünya kubokunun finalında

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan təmsil edəcək Aleksandr Aleksandrov və Nataliya Mustafayeva Serbiyanın paytaxtı Belqradda keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsində finala yüksəliblər. Azerisport.az xəbər verir ki, avarçəkənlərimiz yarımfinal yürüşlərində ilk “3-lüy”ə düşərək, bu hüquqa yiyələniblər.
 
Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov 2000 metr məsafəni 6 dəqiqə 46,14 saniyəyə qət edib. O, yalnız Angel Furnier Rodrigesdən (Kuba) 1,53 saniyə geri qalıb. Əvəzində 22 yaşlı avarçəkənimiz Lianq Çanq (Çin), ikiqat dünya və ikiqat olimpiya çempionu Olaf Tufte (Norveç), Karsten Brodovski (Almaniya) və Kennet Jurkovskini (ABŞ) üstələməyi bacarıb. Təmsilçimiz kubalı və çinli avarçəkənlərlə birgə finala çıxıb. Mayın 6-da Bakı vaxtı ilə saat 16:01-də başlanacaq həlledici yürüşdə Aleksandrovun digər rəqibləri 2 qat Avropa çempionu Mindauqas Qrişkonis (Litva), dünya və 2 qat Avropa çempionu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Andrey Sinek (Çexiya), eləcə də Alan Kempbell (Böyük Britaniya) olacaq.
 
Qadınların mübarizəsində 1 nəfərlik qayıqla (W1X) çıxış edən Nataliya Mustafayeva isə 2000 metr məsafəyə yürüşdə 7 dəqiqə 30,61 saniyə nəticə göstərib. O, finişə 7 dəqiqə 22,98 saniyəyə çatan İva Obradoviç (Serbiya) və bu məsafəni 7 dəqiqə 29,06 saniyəyə qət edən dünya çempionu Frida Svenssonla (İsveç) birgə finala adlayıb. Mustafayeva Tale Qyörts (Norveç), Donata Vistartayte (Litva) və Raçel Gembl-Flintdən (Böyük Britaniya) üstün olub. Mayın 6-da Bakı vaxtı ilə saat 16:16-da başlanacaq final yürüşündə avarçəkənimiz Svensson və Obradoviçdən əlavə, dünya çempionu Xiuyun Çanq (Çin), dünya və 2 qat Avropa çempionu Mirka Knapkova (Çexiya) və Sanita Puspure (İrlandiya) ilə yarışacaq.
 
Yarımfinal mərhələsində çıxış etmiş Viktoriya Nençeva – İskra Angelova dueti isə finala vəsiqə qazana bilməyib. Qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan azərbaycanlı cütlük 2000 metr məsafəni 7 dəqiqə 31,64 saniyəyə qət edərək, 6-cı olub. Bu nəticə ilə Nençeva – Angelova dueti Elen Qlover – Hiter Stanninq (Böyük Britaniya), Klaudia Belderbos – Çantal Axterberq (Hollandiya), Kerstin Hartmann – Marlen Sinniq (Almaniya), Georgeta Andrunake – Vioritsa Susanu (Rumıniya) və Karlin Bouv – Annemyek de Haan (Hollandiya) cütlüklərindən geri qalıb. Avarçəkənlərimiz 7 – 12-ci yerlərdən birini tutmağa imkan verən B finalında çıxış ediblər. Bu dəfə onlar finişə 7 dəqiqə 20,10 saniyəyə çataraq, ümumi nəticədə 11-ci yerlə kifayətləniblər. Nençeva – Angelova dueti Georgeta Andrunake – Vioritsa Susanu (Rumıniya), Yu Vu – Yulan Qao (Çin), Karlin Bouv – Annemyek de Haan (Hollandiya) və Maria Laura Abalo – Qabriela Best (Argentina) duetlərindən geri qaldıqları halda, yalnız Alis Mayn – Stefani Deşanı (Fransa) qabaqlaya bilib.
 
Nəhayət, Boris Yotov kişilərin yarışında 1 nəfərlik qayıqla (M1X) 19 – 24-cü yerlərdən birini tutmağa imkan verən D finalında çıxış edib. O, 2000 metr məsafəni 7 dəqiqə 7,46 saniyəyə qət edərək, ümumi nəticədə 21-ci olub. Lukas Babak (Slovakiya) və Matej Rojekdən (Sloveniya) geri qalan avarçəkənimiz Samuel Annen (İsveçrə) və Urban Ulkarı (Sloveniya) qabaqlaya bilib.
 
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.