6 aprel 2012 18:45

“Mingəçevirdə bizə hörmətlə yanaşır, sevirlər”

Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində təlim-məşq toplantısında olan Ukraynanın akademik avarçəkmə üzrə milli komandasının böyük məşqçisi Vladimir Morozov Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- “Kür” Olimpiya Mərkəzindəki şəraiti necə dəyərləndirirsiniz?
- Artıq ikinci ildir ki, “Kür” Olimpiya Mərkəzinə gəlirik. Mingəçevirdə hələ SSRİ dövründən mövcud olan bazanın yenidən qurulduğunu eşidən kimi yığma komandanı bura gətirməyi qərara aldıq. Vaxtilə özüm də bu bazada çalışmışam. SSRİ dövrü ilə müqayisədə idman qurğusundakı şərait xeyli yaxşılaşıb. Bura çox xoşumuza gəldi.
 
- Hazırlıq prosesindən nə dərəcədə razısınız?
- Hazırlıq prosesi müddətində planlaşdırdığımız hər şeyi etdik. Əvvəllər qış hazırlığını Misirin paytaxtı Qahirədə keçirirdik. Lakin hazırda oradakı vəziyyət hamımıza məlumdur. Digər tərəfdən, “Kür” Olimpiya Mərkəzi artıq bütün tələblərə cavab verir. Ona görə də 2012-ci il London Yay Olimpiya Oyunlarına bu bazada hazırlaşmağı məqsədəuyğun saydıq.
 
- Demək, heyətinizdə olimpiadaya lisenziya qazanmış avarçəkənlər də var...
- Bura olimpiadaya lisenziya qazanmış 3 ekipaj gətirmişik. Heyətimizdə 4 dünya çempionu, eləcə də Avropa çempionları var.
 
- Təlim-məşq toplanışı çərçivəsində Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasında da iştirak etdiniz. Yarışın səviyyəsindən və göstərdiyiniz nəticələrdən razısınız?
- Bəli. Bu, bizim üçün sınaq xarakterli yarış idi. İdmançılarımız səylə çalışdılar. Bu reqata ənənəvidir, get-gedə nüfuzunu artırır. Sonuncusuna 5 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Rusiyanın güclü avarçəkənləri gəlmişdilər. Bir sözlə, reqatanı bəyəndik.
 
- Hələ SSRİ dövründə də Mingəçevirdə olduğunuzu dediniz. Şəhər xoşunuza gəlir?
- Mingəçevirdə xeyli abadlıq işləri görülüb. Çoxlu qonaqpərvər insanları var. Bizə hörmətlə yanaşır, sevirlər. Biz də bu xalqı sevirik. Yenə Mingəçevirə gələcəyik.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.