3 aprel 2012 11:48

Fatih Sani: Bu turnirə hər il qatılacağıq

Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində yenicə başa çatan Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasında Türkiyənin kayak üzrə kişilərdən ibarət milli komandası da iştirak edirdi. Azerisport.az xəbər verir ki, nümayəndə Heyətinin rəhbəri, Türkiyə Kanoe Federasiyasının I vitse-prezidenti Fatih Sani yarış barədə fikirlərini bildirib:
 
- 16 – 17 mayda Polşanın Poznan şəhərində keçiriləcək Avropa Olimpiya Təsnifatına hazırlaşırıq. Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasına da hazırlıq məqsədilə gəlmişdik. Ötən ilin noyabrında burada keçirilmiş başqa bir yarışa – Beynəlxalq Mingəçevir Reqatasına qatılmışdıq. Hər iki reqatada Azərbaycan Milli Avarçəkmə Federasiyası bizi çox yaxşı qəbul etdi. Burada özümüzü həqiqətən də evimizdəki kimi hiss edirik. Ona görə də Mingəçevirdə olmaqdan, yarışlara qatılmaqdan çox məmnunuq. İki ölkə arasındakı dostluq-qardaşlıq münasibətlərinin idmanda da, o cümlədən, kayak və kanoe növlərində də davam etməsini çox istəyirik.
 
- Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasına neçə idmançı ilə qatılmışdınız?
- Bura 6 kişi kayakçı gətirmişdik. Onlardan 3-ü 18 yaşadək, 3-ü isə 23 yaşadək idi. Ümumiyyətlə, Türkiyə kayak yığması gənc heyətə malikdi. Ən yaşlı kayakçımızın 22 yaşı var. Qadın kayakçılarımız hələ çox yaxşı hazırlıq səviyyələrində olmadıqlarından, millidə yer ala bilməyiblər.
 
- Kayakçılarınızın göstərdikləri nəticələrdən razı qaldınız?
- 4 yürüşdə qızıl, daha 4-də gümüş, 3-də isə bürünc medal qazandıq. Başqa sözlə, iştirak etdiyimiz bütün yürüşləri medalla tamamladıq.
 
- Bəs bu reqatanın təşkilatçılıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Prezident Kuboku beynəlxalq reqatadır. Bəlkə çox da ölkə qatılmadı, amma yüksək səviyyəli idmançılar mübarizə apardılar. Məsələn, ukraynalı kayakçı İnna Osipenka-Radomskaya olimpiya çempionudur. Azərbaycan kanoe yığmasının heyətində dünya çempionu və mükafatçıları var. Elə bizim komandanın tərkibində də ötən il gənclər arasında Avropa çempionu olmuş Mustafa Gülbahar çıxış etdi. Gözəl bir yarış oldu. Burada hər kəs əlindən gəldiyi qədər bizim rahat olmağımıza çalışdı. Biz də özümüzü rahat hiss etdik. Mingəçevirdəki reqata artıq hər il qatılacağımız ənənəvi yarışa çevrildi.     
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.