1 aprel 2012 11:51

Olimpiya çempionu Mingəçevirdə 3 qızıl medal qazandı

Mingəçevir şəhərində keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə Beynəlxalq Prezident Kuboku Reqatası iştirakçıların kəmiyyəti ilə yanaşı, keyfiyyəti baxımından da ildən-ilə fərqlənir. Azerisport.az xəbər verir ki, bu dəfə reqataya ukraynalı olimpiya çempionu İnna Osipenko-Radomskaya da qatılıb.
 
Osipenko-Radomskaya 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. Prezident Kubokunda isə 30 yaşlı idmançı 3 qızıl medala sahib olub. O, 1000 metr məsafəni 5 dəqiqə 22,19 saniyəyə, 500 metr məsafəni 2 dəqiqə 15,37 saniyəyə, 200 metr məsafəni isə 44,55 saniyəyə saniyəyə qət edib. Məşhur kayakçı hər üç halda ən yaxın izləyicisi, gürcüstanlı Yekaterina Şaburaşvilini böyük fərqlə geridə qoyub. Şaburaşvili müvafiq olaraq, 6 dəqiqə 12,09 saniyə, 2 dəqiqə 40,07 saniyə və 55,17 saniyə nəticə göstərib. Hər üç məsafədə 3-cü yeri azərbaycanlı kayakçı Nuriyə Axundova tutub. Axundova 1000 metrlik məsafədə 6:28.51 dəqiqə, 500 metrlik məsafədə 2:50.31 dəqiqə, 200 metrlik məsafədə isə 55,54 saniyə nəticə göstərib.
 
Qeyd edək ki, İnna Osipenko-Radomskaya olimpiya çempionluğundan əlavə, 2004-cü il Afina Yay Olimpiya Oyunlarında, həmçinin 2007 və 2011-ci il dünya çempionatlarında bürünc medal qazanıb, əməkdar idman ustasıdır.  
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.