29 mart 2012 19:53

Prezident Kuboku sabah başlayır

Martın 30-da Mingəçevir şəhərindəki "Kür” Olimpiya Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasına start veriləcək. Azerisport.az xəbər verir ki, saat 12:00-da başlanacaq təntənəli açılış mərasiminə yarışda iştirak edən 5 ölkə, eləcə də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası rəsmiləri qatılacaq.
 
Sabah açılış mərasimi ilə yanaşı, ilkin və yarımfinal yürüşləri keçiriləcək. Qaliblər martın 31-də və aprelin 1-də məlum olacaq. Bütün mükafatçılar nazirliklə federasiyanın diplom və medalları ilə təltif olunacaqlar.
 
Ardıcıl 5-ci ildir keçirilən reqatada Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyənin üst-üstə 150-dək kişi və qadın idmançısı 23 yaşadək və yuxarı, 1994–1995 və 1996–1997-ci il təvəllüdlülərdən ibarət yaş kateqoriyalarında mübarizə aparacaqlar. Ölkəmiz hər üç növ üzrə, Gürcüstan akademik avarçəkmə və kayak, Rusiya və Ukrayna akademik avarçəkmə, Türkiyə isə kayak növündə təmsil olunacaq. İştirakçı ölkələr 2012-ci il London Yay Olimpiya Oyunları ərəfəsində idmançılarını ilin ilk beynəlxalq yarışı kimi məhz Prezident Kubokunda sınaqdan çıxarmaq fikrindədirlər. Təsadüfi deyil ki, Azərbaycandan əlavə, Rusiya və Ukrayna təmsilçiləri arasında olimpiadaya vəsiqə qazanmış avarçəkənlər də var. Rusiya və Ukrayna yığmaları qış hazırlıqlarını da Mingəçevirdə keçiblər. Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş 5 avarçəkənimiz – Valentin Demyanenko, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (kanoe), Aleksandr Aleksandrov, Nataliya Mustafayeva (akademik avarçəkmə) da Prezident Kubokunda yürüşlərə qatılacaqlar. 
 
Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik təkavarlı (2-), 4 nəfərlik qoşa avarlı (4X) və 4 nəfərlik təkavarlı (4-) qayıqlarla mübarizə aparacaqlar. Onlardan 1996-1997-ci il təvəllüdlülər 1500 metr, 1994-1995, 23 yaşadək və yuxarı təvəllüdlülər 2000 metr məsafəyə yürüş edəcəklər. Bu növ üzrə yarışlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun keçiriləcək. Hər bir idmançıya yalnız 2 növ qayıqda iştirak üçün icazə veriləcək. Kanoe və kayak qayıqlarında avarçəkənlər isə 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüş edəcəklər. Kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqla mübarizə aparacaqlar. Bu növlərdə hər bir idmançıya maksimum 3 qayıqla iştirak icazəsi veriləcək. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun yarışacaqlar.
 
Qeyd edək ki, Beynəlxalq Prezident Kuboku reqatası ilk dəfə 2008-ci il martın sonlarında keçirilib. Həmin yarışı izləyənlər arasında İCF-in o vaxtkı prezidenti Ulrix Feldhoff da olub. Ötən il təşkil olunmuş reqataya isə fəxri qonaqlar qismində İCF-in hazırkı prezidenti Xose Perurena Lopes və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds da qatılıb.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.