8 fevral 2012 12:29

London olimpiadasına yolda son dayanacaq: Poznan və Lütsern

Bu il kayak və kanoeçilərimiz, eləcə də akademik avarçəkənlərimiz 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün daha bir yarışda çıxış edəcəklər. Azerisport.az xəbər verir ki, əvvəlcə kayak və kanoeçilərimiz mübarizəyə qatılacaqlar.
 
Onlar 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) qüvvələrini sınayacaqlar. 20 – 23 mayda isə akademik avarçəkənlərimiz İsveçrənin Lütsern şəhərində təşkil olunacaq Son Olimpiya Təsnifat Reqatasında (Final Olympic Qualification Regatta) yarışacaqlar.
 
Ümumiyyətlə, London olimpiadasında akademik avarçəkmə növündə 14 dəst medal sahibini tapacaq. Onlardan 8-i kişilərə, 6-sı isə qadınlara veriləcək. İlk lisenziya yarışı 2011-ci il avqustun 28-dən sentyabrın 4-dək Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatı olub. Həmin çempionatda Azərbaycan avarçəkənlərindən Aleksandr Aleksandrov kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla yürüşlərdə (M1X və W1X) olimpiadaya lisenziyaya sahib çıxıb. Bu isə o deməkdir ki, son təsnifat reqatasında ölkəmiz daha 12 qayıq tipində lisenziya uğrunda mübarizə apara bilər. Akademik avarçəkənlərimizdən kişilər 2 nəfərlik təkavarlı sükansız (M2-), 2 nəfərlik qoşa (M2X), 2 nəfərlik yüngül çəkili qoşa (LM2X), 4 nəfərlik təkavarlı sükansız (M4-), 4 nəfərlik qoşa avarlı sükansız (M4X), 4 nəfərlik yüngül çəkili qoşa avarlı sükansız (LM4X) və 8 nəfərlik qoşa avarlı (M8X), qadınlar isə 2 nəfərlik təkavarlı sükansız (W2-), 2 nəfərlik qoşa avarlı (W2X), 2 nəfərlik yüngül çəkili qoşa avarlı (LW2X), 4 nəfərlik qoşa avarlı sükansız (W4X) və 8 nəfərlik qoşa avarlı (W8X) qayıqlarda çıxış etmək imkanına malikdirlər. Onların hamısı 2000 metr məsafəyə yürüş edəcəklər. Olimpiadaya lisenziya əldə etmək üçün kişilərdən 2 nəfərlik və 4 nəfərlik qayıqlarla çıxış edənlər ilk 2 yerdən birini tutmalı, 8X tipli qayıq qalib olmalıdır. Qadınlara gəldikdə, W4X tipli qayıq qalib olmalı, qalanları ilk 2 yerdən birini tutmalıdırlar.
 
Kayak və kanoedə isə 12 dəst olimpiya medalı uğrunda mübarizə gedəcək. Bunlardan 9-u kayakçıların (5-i kişi, 4-ü qadın) payına düşür. Kişi kayakçılar 1 nəfərlik (K-1) və 2 nəfərlik qayıqla (K-2) 200 metr və 1000 metr məsafələrə, 4 nəfərlik qayıqla (K-4) isə 1000 metr məsafəyə yürüş edəcəklər. Qadın kayakçılar 1 nəfərlik qayıqla (K-1) 500 metr, 2 nəfərlik qayıqla (K-2) 200 metr və 500 metr, 4 nəfərlik qayıqla (K-4) 500 metr məsafəyə yürüşlərdə qüvvələrini sınayacaqlar.
           
Kanoeçilərin mübarizəsində yalnız kişilər 3 dəst medal uğrunda yarışacaqlar. Onlar 200 metr məsafəyə 1 nəfərlik (C-1), 1000 metr məsafəyə isə 1 nəfərlik (C-1) və 2 nəfərlik qayıqla (C-2) yürüş edəcəklər. Kayak və kanoe üzrə ilk lisenziya yarışı ötən il 18 – 21 avqustda Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatı olub. Həmin çempionatda yalnız kanoeçilərimiz lisenziyaya sahib olublar. Valentin Demyanenko C-1 tipli qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti C-2 tipli qayıqla 1000 metr məsafəyə yürüşdə olimpiya vəsiqəsi əldə edib. Bu isə o deməkdir ki, qarşıdakı təsnifat turnirində kayakçılarımız 9 tipli qayığın hamısında, kanoeçimiz yalnız C-1 tipli qayıqla 1000 metr məsafəyə yürüşlərə qatıla bilər. Bu zaman K-4 tipli qayıqlar istisna olmaqla, qalan yürüşlərdə ilk 2 pillədən birini tutmaq lazımdır.
 
Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarında üst-üstə 26 dəst medal sahibini tapacaq. Hələlik Azərbaycan avarçəkənləri olimpiadaya 4 lisenziya qazanmaqla, elə 4 dəst medala iddiasını ortaya qoyub. Ölkəmizin qalan 22 lisenziyadan neçəsi uğrunda mübarizə aparmaq istəyinə isə yaxın vaxtlarda aydınlıq gələcək.   
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.