27 dekabr 2011 12:41

2011-ci ilə 22 medal və 4 lisenziyalı yekun

Azərbaycan avarçəkənləri 2011-ci ildə xaricdə keçirilmiş yarışlarda 22 medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanıblar. Azerisport.az xəbər verir ki, medallardan 18-i kanoe, 4-ü isə akademik qayıqlarda avarçəkənlərin payına düşüb.
 
Başa çatmaqda olan ildə kanoeçilərimiz böyüklərin yarışında daha çox medal əldə ediblər. Onlar dünya çempionatında 1 qızıl, 3 gümüş, Avropa çempionatında 2 qızıl, 1 gümüş, Dünya Kubokunun mərhələ yarışlarında 2 qızıl, 4 gümüş, 1 bürünc medala sahib olublar. Bu medallara Valentin Demyanenko, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti və Andrey Kraytor yiyələnib. Bundan başqa, Kraytor 23 yaşadək kanoeçilər arasında Avropa çempionatının qızıl və gümüş medallarına, eləcə də beynəlxalq reqatanın qızıl medalına da sahib olub. Aleksey Kupin və İqor Delistianovdan ibarət yeniyetmə kanoeçi duetimiz isə beynəlxalq reqatada gümüş medalla fərqlənib.   
 
Akademik avarçəkənlərimiz isə 4 medalı yeniyetmələr arasında Avropa çempionatında və beynəlxalq reqatalarda qazanıblar. Bu medallardan 3-ü 17 yaşlı Boris Yotovun ayağına yazılıb. Yotov qitə birinciliyində gümüş, 2 beynəlxalq reqatada qızıl və gümüş medallar əldə edib. Yeganə bürünc medal isə Qardaşxan Hüseynli – Kamal Xanlarov duetinin aktivində olub.
 
Medal sayındakı fərqə rəğmən, kanoeçilərimiz və akademik avarçəkənlərimiz London olimpiadasına hərəyə 2 lisenziya qazanıblar. Kanoeçilərimizdən Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti, akademik avarçəkənlərimizdən isə Aleksandr Aleksandrov və Nataliya Mustafayeva bu vəsiqələrə yiyələniblər.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.