30 noyabr 2011 19:55

Azərbaycan yığması üçün Belmeken

2012-ci ildə keçiriləcək nüfuzlu yarışlara daha yaxşı hazırlıq məqsədilə Azərbaycan avarçəkənləri xaricdə təlim-məşq toplantılarına start verirlər. Azerisport.az xəbər verir ki, ilk hazırlıq prosesi dekabrın 1-də Bolqarıstanın Belmeken bazasında start götürəcək.
 
3 həftəyədək davam edəcək toplanışa akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov, Boris Yotov, Nataliya Mustafayeva, İskra Angelova və Viktoriya Nençeva, eləcə də kanoe üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Valentin Demyanenko qatılacaq. Demyanenko şəxsi məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında çalışacaq. Akademik avarçəkənlərimizin hazırlığına isə milli komandamızın baş məşqçisi Rudiger Hauffe ilə onun köməkçisi Yuliana Stoyeva nəzarət edəcək.
 
Qeyd edək ki, Belmeken bazası dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Burada avarçəkənlərimiz fiziki hazırlıq səviyyələrini, dözümlülüklərini daha da yüksəltmək məqsədilə intensiv məşqlər edəcəklər. Toplanışa yollananlardan Valentin Demyanenko, Aleksandr Aleksandrov və Nataliya Mustafayeva artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Viktoriya Nençeva – İskra Angelova dueti də olimpiadaya vəsiqə qazanmağa iddialıdır. Onlar gələn il keçiriləcək olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlməyə çalışacaqlar. Cəmi 16 yaşa malik Boris Yotov isə istedadlı akademik avarçəkənlərimizdən sayılır. Yotov bu il 18 yaşadək akademik avarçəkənlər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.