5 noyabr 2011 11:45

Türkiyə yığma komandası Azərbaycana gəlir

Noyabrın 6-da start götürəcək akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq "Mingəçevir Reqatası-2011”ə 5 ölkə qatılacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançılarından əlavə, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə avarçəkənləri qələbə uğrunda mübarizə aparacaqlar.
 
Mingəçevirdə təşkil olunmuş əvvəlki beynəlxalq reqatalarda ilk 3 əcnəbi ölkənin təmsilçıləri çıxış edibsə, Türkiyə yığması ilk dəfə qüvvəsini sınayacaq. Bu isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının qardaş ölkənin müvafiq qurumu ilə də əlaqələrinin get-gedə genişlənməsindən xəbər verir. Digər tərəfdən, Mingəçevir şəhərində yarışın keçiriləcəyi “Kür” Olimpiya Mərkəzi bütün müasir tələblərə cavab verməsi və ilboyu məşq imkanları baxımından, digər ölkələrin də diqqətini cəlb edib. Təsadüfi deyil ki, Ukrayna millisi nəinki reqatada iştirak edəcək, hətta turnirdən sonra qalaraq, uzunmüddətli təlim-məşq toplanışı keçəcək.
 
Tamaşaçılar bir-birindən maraqlı yürüşlərin şahidi olacaqlar. Belə deməyə ilk növbədə, reqatada Azərbaycanın bütün məşhur avarçəkənlərinin iştirakı faktı əsas verir. 2011-ci ildə 3 kanoeçimiz –Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko, eləcə də 2 akademik avarçəkənimiz – Aleksandr Aleksandrov və Nataliya Mustafayeva dünya çempionatlarında uğurla çıxış edərək, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Bununla belə, onlar Beynəlxalq "Mingəçevir Reqatası-2011”də də çıxış edəcəklər.
 
Yarışın baş hakimi İlqar Tağıyev olacaq. Açılış mərasimi noyabrın 6-da saat 10:00-da başlanacaq. Turnir 3 gün davam edəcək. 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.