29 oktyabr 2011 11:15

Yığmamızın liderləri də Mingəçevirə gedir

Noyabrın 6-da start götürəcək Beynəlxalq "Mingəçevir Reqatası-2011”də akademik, kayak və kanoe qayıqlarında Azərbaycanın bütün aparıcı avarçəkənləri mübarizə aparacaqlar. Azerisport.az xəbər verir ki, kanoeçilərin mübarizəsində 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy – Maksim Prokopenko, 23 yaşlılar arasında qitə birincisi Andrey Kraytor kimi titullu idmançılar çıxış edəcəklər.
 
Onlardan Demyanenko və Bezuqlıy – Prokopenko dueti artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Akademik avarçəkənlərin yarışında isə dünya çempionatında lazımi nəticəni göstərərək, London olimpiadasına vəsiqə qazanmış Aleksandr Aleksandrovla Nataliya Mustafayeva, eləcə də yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Boris Yotov bacarığını nümayiş etdirəcək. Rüfət Vəlizadə, Mirnazim Cavadov və Tamerlan Mustafayev kimi gənc və perspektivli kayakçılarımız da beynəlxalq reqatada qüvvələrini sınayacaqlar.
 
Əslində bir neçə ay öncə keçirilmiş dünya çempionatında akademik, kayak və kanoe qayıqlarında avarçəkənlərimiz planetin tanınmış idmançılarına qarşı çıxış edərək, yüksək hazırlıq səviyyəsində olduqlarını nümayiş etdiriblər. Onların Beynəlxalq "Mingəçevir Reqatası-2011”də də yüksək nəticələr göstərəcəkləri şübhə doğurmur. Amma yığma komandalarımızın məşqçilər heyəti tamaşaçılara dünyaca məşhur idmançılarımızın çıxışlarını izləmək imkanı yaradıb. Bu isə ənənəvi reqatanın səviyyəsinin ildən-ilə yüksəlməsinə xidmət edir. Məşqçilərimiz həm də aparıcı avarçəkənlərimizin gələn il keçiriləcək London olimpiadasına daha yüksək hazırlıq səviyyəsində yollanmaları üçün indidən səfərbər olublar.
 
Qeyd edək ki, Beynəlxalq "Mingəçevir Reqatası-2011”də iştirak üçün bir sıra ölkələrin müvafiq federasiyalarına dəvətlər göndərilib. Bütün iştirakçı ölkələrin adlarına tezliklə aydınlıq gələcək. Yarış “Kür” Olimpiya Mərkəzində təşkil olunacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.