20 oktyabr 2011 17:12

Mingəçevirdə beynəlxalq reqata keçiriləcək

Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Mingəçevir Reqatası-2011” start götürəcək. Azerisport.az xəbər verir ki, ənənəvi reqatanı Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) birgə təşkil edəcək.
 
Məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcəsini təyin etməkdən ibarətdir. Həm akademik avarçəkənlər, həm də kayak və kanoeçilərin mübarizəsinə 18 yaşadək, 23 yaşadək və daha yuxarı yaşlı qadın və kişilər qatılacaqlar. Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa (2X), 2 nəfərlik sükansız (2-) və 4 nəfərlik qoşa (4X) avarlı qayıqlarla 2000 metr məsafəyə yürüş edəcəklər. Bu növ üzrə yarış Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil olunacaq.
 
Kayak və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik (K-1, K-2, C-1, C-2) qayıqlarla 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaqlar. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun mübarizə aparacaqlar. Beynəlxalq reqata noyabrın 8-dək davam edəcək.
 
Bütün mükafatçılar Gənclər və İdman Nazirliyi və AMAF tərəfindən  diplom və medallarla təltif olunacaqlar.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.