7 sentyabr 2011 12:26

İdmançılarımız London olimpiadasının keçiriləcəyi məkanda

Sentyabrın ilk həftəsində Böyük Britaniyanın paytaxtı Londonda kayak və kanoe üzrə Dəvətlilərin Beynəlxalq Reqatası (London Canoe Sprint Invitational International Regatta) adlı turnir keçirilib. Azerisport.az xəbər verir ki, yarışda dünyanın 30-dək ölkəsindən xüsusi dəvət əsasında 200 idmançı mübarizə aparıb.
 
Onların arasında Azərbaycanın 3 kanoeçisi də yer alıb. Bunlar 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində təşkil olunmuş dünya çempionatının qalibi Valentin Demyanenko və gümüş mükafatçılar Sergey Bezuqlıy – Maksim Prokopenko dueti olub. 
 
Beynəlxalq Reqata 2012-ci il London Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi məkanda – Eton Dorney Avarçəkmə Mərkəzində baş tutub. Turnirin təşkilində məqsəd növbəti olimpiadaya 11 aydan da az qaldığı müddətdə kayak və kanoeçilərin yarış məkanına daha erkən uyğunlaşmalarını təmin etmək və bu məkanın olimpiadaya nə dərəcədə hazır olduğunu sınaqdan çıxarmaqdan ibarət olub. Təsadüfi deyil ki, beynəlxalq reqataya dəvətlilərin əksəriyyəti London olimpiadasına lisenziyanı təmin etmiş idmançılar, o cümlədən, Demyanenko ilə Bezyqlıy – Prokopenko dueti olub. Yarışlar isə kayak və kanoe üzrə ümumilikdə 12 olimpiya qayıq və məsafəsinin 10-da keçirilib. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Beziqlıy – Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüş edib.
 
Kanoeçilərimiz mükafatçılar sırasına düşə bilməsələr də, əsas finala vəsiqə qazanmaqla London olimpiadasının medallarına iddialılardan olduqlarını bir daha nümayiş etdiriblər. Bezuqlıy – Prokopenko dueti əsas finalda 3 dəqiqə 41,702 saniyə nəticə ilə 4-cü yeri tutub. Onlar bürünc medal qazanan Andrey və Aleksandr Baqdanoviç qardaşlarından cəmi 0,651 saniyə geri qalıblar. Qızıl medala almaniyalı Tomaş Vılenjek – Ştefan Holts (3:39.482), gümüş medala isə rumıniyalı Alexandru Dumitresku - Viktor Mixalaki (3:40.753) duetləri sahib olub. Azərbaycanlı duet dünya çempionatında yalnız almaniyalı cütlükdən geri qalmış və rumıniyalıları qabaqlayaraq, ikinci olmuşdu.  
 
Demyanenko isə seçmə mərhələnin qalibi kimi birbaşa vəsiqə qazandığı əsas finalda 5-ci yerlə kifayətlənib. O, finişə 41,660 saniyəyə çatıb. Kanoeçimizin dünya çempionatında geridə qoyduğu rusiyalı İvan Ştıl beynəlxalq reqatada 41,112 saniyə nəticə ilə birinci olub. İkinci yeri 41,356 saniyə göstərici ilə kanadalı Riçard Dalton tutub. İspaniyalı Alfonso Benvides dünya çempionatında olduğu kimi, yenə 3-cü yerlə kifayətlənib. Benavides bu dəfə finişə 41,369 saniyəyə çatıb. 4-cü yeri isə litvalı Yevgeni Şuklin 41,445 saniyə nəticə ilə əldə edib.   

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.