4 sentyabr 2011 18:36

Azərbycan London olimpiadasına daha bir lisenziya qazandı

Azərbaycanın daha bir akademik avarçəkəni Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, qadın avarçəkənimiz bu uğura Sloveniyanın Bled şəhərində keçirilən dünya çempionatında imza atıb.
 
Mustafayeva olimpiadaya vəsiqəni çempionatın B finalında (7 – 12-ci yerlər uğrunda) 1-ci yeri tutaraq əldə edib. 2000 metr məsafəni 7 dəqiqə 43,43 saniyəyə qət edən 26 yaşlı idmançımız bütün rəqiblərini – rusiyalı Yuliya Levina (7:45.78), litvalı Donata Vistartayte (7:46.04), böyük britaniyalı Frensis Huyton (7:48.80), ABŞ təmsilçisi Cenevra Stoun (7:49.01) və estoniyalı Kaisa Payusalunu (7:58.41) böyük fərqlə geridə qoyub. Beləliklə, ümumi nəticədə 7-ci yeri tutan Mustafayeva lisenziya qazanmaq üçün lazım olan ilk “9-luğ”a girməyi bacarıb.
 
Bu, akademik avarçəkənlərimizin London olimpiadasına qazandığı ikinci vəsiqə olub. Elə Bled şəhərindəki dünya çempionatında sentyabrın 3-də Aleksandr Aleksandrov 9-cu yeri tutduğu üçün akademik avarçəkmə növündə ilk olimpiya lisenziyasına yiyələnib.   
 
Daha öncə Macarıstanın Seqed şəhərində təşkil olunmuş dünya çempionatında 3 kanoeçimiz – Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Bu isə o deməkdir ki, indiyədək əldə olunan 10 olimpiya vəsiqəsinin yarısı avarçəkmə növlərinin payına düşür.   

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.