3 sentyabr 2011 16:54

Azərbaycan London olimpiadasına səkkizinci lisenziyasını qazandı

Belçikanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov tarixi nailiyyətə imza atıb. Azerisport.az xəbər verir ki, Aleksandrov kişilərin mübarizəsində lazımi nəticəni göstərərək, ölkəmizə London olimpiadasına daha bir lisenziya qazandırıb. Avarçəkənimiz bu uğura 2000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə sahib çıxıb. 
 
Bu gün keçirilən yürüşdə Aleksandrov 7-12-ci yerlərdən birini tutmağa imkan verən B finalında 3-cü yeri tutub. O, finişə 6 dəqiqə 58,14 saniyəyə çatıb. Avarçəkənimiz litvalı Mindauqas Qriskonis (6:56.55) və kubalı Angel Furnier Rodrigesdən (6:57.83) geri qalsa da, çinli Lianq Çanq (6:59.47), ABŞ təmsilçisi Kennet Jurkovski (7:01.62) və bolqarıstanlı Georgi Bojilovu (7:09.03) üstələməyi bacarıb. Beləliklə, Aleksandrov ümumi sıralamada 9-cu yeri tutub. Bu isə idmançımızın London olimpiadasına vəsiqə qazanmasına kifayət edib. Çünki qaydalara əsasən, olimpiya lisenziyası üçün Dünya çempionatında kişilərin yarışında ilk "11-liy”ə düşmək kifayət edirdi.
 
Beləliklə, ölkəmiz 2012-ci il London Yay Olimpiya Oyunlarında daha bir yeni idman növündə təmsilçilik hüququ qazanıb. Dünya miqyasında akademik avarçəkmə yarışlarını ayrıca federasiya təşkil edir. Bu, FİSA - Beynəlxalq Akademik Avarçəkmə Federasiyasıdı. Kayak və kanoe üzrə yarışlar isə İCF - Beynəlxalq Kanoe Federasiyasının bayrağı altında keçirilir. Ona görə də akademik avarçəkmə növündə qazanılan lisenziya müstəqil Azərbaycan idmanında tarixi uğur kimi dəyərləndirilməlidi. Baxmayaraq ki, ölkəmizdə həm akademik avarçəkmə, həm də kayak və kanoe növlərinə cavabdehliyi yalnız AMAF - Azərbaycan Milli Avarçəkmə Federasiyası daşıyır. Daha öncə 3 kanoeçimiz - Valentin Demyanenko və Sergey Bezuqlıy - Maksim Prokopenko dueti də London olimpiadasına vəsiqə qazanıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.