2 sentyabr 2011 16:52

Təmsilçimiz finala çıxa bilməsə də, olimpiadaya lisenziya şansını saxladı

Sloveniyanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov bu gün yarımfinal yürüşündə çıxış edib. Azerisport.az xəbər verir ki, Aleksandrov finala vəsiqə verən ilk “3-lüy”ə düşə bilməyib.
 
O, kişilər arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəni 7 dəqiqə 25,28 saniyəyə qət edərək, 6-cı olub. İlk 3 pilləni tutan yeni zelandiyalı Meyh Drizdeyl (6:51.52), norveçli Olaf Tufte (6:52.29) və isveçli Lassi Karonen (6:54.03) əsas finala yüksəlib. Aleksandrov isə çinli Lianq Çanq (7:07.55) və ABŞ təmsilçisi Kennet Jurkovski (7:10.79), eləcə də digər yarımfinal yürüşündə 4 – 6-cı yerləri tutmuş kubalı Angel Furnier Rodriges (7:05.80), litvalı Mindauqas Qriskonis (7:36.34) və bolqarıstanlı Georgi Bojilovla (7:44.51) birgə 7 – 12-ci yerlərdən birini tutmağa imkan verən B finalında yarışacaq. Avarçəkənimiz medallardan əlini üzsə də, London olimpiadasına vəsiqə şanslarını saxlayır. Bunun üçün 21 yaşlı idmançımızın B finalında 5-ci yeri tutması yetərlidi.  
 
Olimpiadaya lisenziya qazanmağa iddialı daha bir avarçəkənimiz Nataliya Mustafayeva isə sabah yarımfinal yürüşünə qatılacaq. O da əsas finala vəsiqə qazanmaq üçün ilk “3-lüy”ə düşməlidir. Əks halda, Mustafayeva B finalında ilk “3-lüy”ə girməyi bacarmalıdır ki, olimpiadaya lisenziya qazana bilsin.
 
Qeyd edək ki, qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) yarışan Kamal Məmmədov da mükafatlar uğrunda mübarizə şanslarını itirib. Məmmədov bu gün 13 – 18-ci yerlərdən birini tutmağa imkan verən C finalında çıxış edəcək. Yürüşün startı Bakı vaxtı ilə saat 19:00-da veriləcək.   
 
Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq. 
 
Qeyd edək ki, artıq avarçəkmənin kanoe növündə ölkəmiz tarixində ilk dəfə London olimpiadasına 2 lisenziya qazanıb. Onlardan birinə Valentin Demyanenko, digərinə isə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti yiyələnib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.