1 sentyabr 2011 17:05

London olimpiadasına lisenziyanın bir addımlığında

Sloveniyanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Nataliya Mustafayeva uğurlu çıxışlarını davam etdirirlər. Azerisport.az xəbər verir ki, olimpiya tipli qayıqlarla mübarizə aparan hər iki avarçəkənimiz artıq yarımfinala vəsiqə qazanıb.
 
Mustafayeva təsəlliverici yürüşdə qadınıar arasında 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəni 7 dəqiqə 38,63 saniyəyə qət edib. O, startdaca təşəbbüsə yiyələnib və sonadək liderliyini əldən verməyib. Mustafayeva rusiyalı Yuliya Levina (7:44.27), ABŞ təmsilçisi Cenevra Stoun (7:44.63), ispaniyalı Nuria Dominges Asensio (7:47.40), danimarkalı Fi Udbi Eriksen (7:57.12) və belçikalı Annik De Dekkeri (7:57.83) geridə qoyub. Avarçəkənimiz ilk “3-lüy”ə düşdüyü üçün Levina və Stounla birgə yarımfinala yüksəlib.
 
Kişilərin mübarizəsində 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandr Aleksandrov isə ¼ final yürüşündə uğurla çıxış edib. Aleksandrov 2000 metr məsafəni 6 dəqiqə 52,77 saniyəyə qət edərək, finişə 2-ci çatıb. Yalnız kubalı Angel Furnier Rodrigesdən (6:52.31) geri qalan avarçəkənimiz son dünya çempionu Ondrey Sinek (6:54.47), belçikalı Tim Meyens (6:55.27), kiprli Valentinos Sofokleus (7:16.42) və israilli Dani Fridmanı (7:17.21) qabaqlayıb. Beləliklə, kişi avarçəkənimiz də ilk “3-lüy”ə düşdüyündən, yarımfinala yüksəlib.
 
Akademik avarçəkmə yarışlarında qaydalara əsasən, yarımfinal mərhələsinə 12 ən güclü avarçəkən vəsiqə qazanır. Onlar növbəti mərhələdə iki yarımqrupda mübarizəni davam etdirirlər. Hər bir yarımfinal yürüşündə ilk “3-lüy”ə düşənlər əsas finala, 4 – 6-cı yerləri tutanlar isə 7 – 12-ci yerlərdən birini tutmağa imkan verən B finalına çıxırlar. London olimpiadasına qadınların mübarizəsində ilk 9 yerdən birini tutanlar, kişilərin yarışında isə ilk 11 pillənin sahibləri vəsiqə qazanırlar. Bu isə hər iki avarçəkənimizin olimpiya lisenziyasına xeyli yaxınlaşdıqları anlamını verir. Onlar hətta əsas finala yüksələ bilməsələr də, olimpiadaya lisenziya qazana bilərlər. Bunun üçün B finalında 6 iştirakçı arasında Aleksandrovun 5-ci, Mustafayevanın isə 3-cü olması kifayətdir.     
 
Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) yarışan Kamal Məmmədov isə mükafatlar uğrunda mübarizə şanslarını itirib. O, təsəlliverici yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 14,63 saniyəyə qət edərək, 5-ci yeri tutub. Böyük britaniyalı Adam Friman-Pask (7:04.00), türkiyəli Hüseyn Kandemir (7:00.03), honq-konqlu Sau Vah So (7:09.61), portuqaliyalı Dioqo Pineyrodan (7:09.61) geri qalan avarçəkənimiz yalnız tailandlı Ruttanapol Teppibalı (7:26.95) qabaqlaya bilib. Qaydalara əsasən, ilk “3-lüy”ə düşə bilmədiyindən, Məmmədov 13 – 18-ci yerlərdən birini tutmağa imkan verən C finalında çıxış edəcək.   
 
Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq. 
 
Qeyd edək ki, artıq avarçəkmənin kanoe növündə ölkəmiz tarixində ilk dəfə London olimpiadasına 2 lisenziya qazanıb. Onlardan birinə Valentin Demyanenko, digərinə isə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti yiyələnib. 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.