29 avqust 2011 14:02

Azərbaycan DÇ-nin 1/4 finalında

Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarışda çıxış edən Azərbaycan avarçəkənləri ilkin mərhələni adlamağı bacarıblar.
 
Olimpiya təyinatlı qayıqlarla kişilərin mübarizəsində 1 nəfərlik qayıqda (M1X) yer alan Aleksandr Aleksandrov seçmə yürüşdə 2000 metr məsafəni 6 dəqiqə 58,06 saniyəyə qət edərək, finişə 3-cü çatıb. O, yeni zelandiyalı Meyh Drizdeyl (6:52.30) və xorvatiyalı Mario Vekiçdən (6:54.48) geri qalsa da, ötənilki dünya çempionu, İranın milliyyətcə azərbaycanlı avarçəkəni Mohsen Şadi Naqade (7:04.49), italiyalı Leopoldo Sansone (7:13.83) və israilli Dani Fridmanı (7:14.40) qabaqlamağı bacarıb. Qaydalara əsasən, Aleksandrov ilk “3-lüy”ə düşdüyündən, ¼ finala vəsiqə qazanıb.
 
Qadınların mübarizəsində Nataliya Mustafayeva 1 nəfərlik qayıqla (W1X) yürüşdə finişə 4-cü çatıb. O, 2000 metr məsafəni 7 dəqiqə 45,69 saniyəyə çatıb. Belaruslu Yekaterina Karsten (7:25.57), çexiyalı Mirka Knapkova (7:25.67) və litvalı Donata Vistartaytedən (7:33.09) geri qalan Mustafayeva ÇAR təmsilçisi Heyli-Jo Artur (7:53.18) və ispaniyalı Nuria Dominges Asensionu (7:54.40) üstələyib. Mustafayeva ilk 2 yerdən birini tuta bilmədiyindən, mübarizəni təsəlliverici yürüşdə davam etdirəcək.    
 
Kamal Məmmədov isə qeyri-olimpiya tipli - 1 nəfərlik yüngül çəkili (LM1X) qayıqla seçmə yürüşdə 4-cü olub. O, 2000 metr məsafəni 7 dəqiqə 18,57 saniyəyə qət edib. Məmmədov yeni zelandiyalı Dankan Qrant (7:08.34), almaniyalı Conatan Kox (7:12.91) və misirli Abdel Mohsen Massuddan (7:15.18) geri qalsa da, sloveniyalı Rayko Hrvat (7:19.61) və türkiyəli Hüseyin Kandemiri (7:20.67) qabaqlayıb. Avarçəkənimiz mübarizəni təsəlliverici yürüşdə davam etdirəcək.
 
Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq. 
 
Qeyd edək ki, Aleksandr Aleksandrov ilk “11-liy”ə, Nataliya Mustafayeva isə ilk “9-luğ”a düşəcəyi halda, London olimpiadasına lisenziya qazanacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.