27 avqust 2011 00:04

London olimpiadasına daha 2 vəsiqə şansı

Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 70-dən çox ölkənin qatılacağı nüfuzlu yarışda 22 dəst medal sahibini tapacaq.
 
Bunların 14-də London olimpiadasına lisenziyalar uğrunda da mübarizə gedəcək. Azərbaycan milli komandası böyüklər arasında dünya çempionatında ilk dəfə çıxış edəcək. Ölkəmiz 3 əsas və 1 ehtiyat avarçəkənlə təmsil olunacaq. Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X), Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (BW1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Hər iki tip qayıq olimpiya təyinatlıdır. Yəni, Aleksandrov ilk “11-liy”ə, Mustafayeva ilk “9-luğ”a düşəcəyi halda, London olimpiadasına lisenziya qazanacaq. Kişi avarçəkənimizin 35, qadın avarçəkənimizin 19 rəqibi olacaq. 
 
Kamal Məmmədov isə qeyri-olimpiya tipli - 1 nəfərlik yüngül çəkili (LM1X) qayıqla yarışacaq. O, 17 idmançıya qarşı yarışacaq.
 
Ehtiyat avarçəkən qismində Sloveniyaya İskra Angelova aparılıb. 1 nəfərlik qayıqla çıxış edəcək Angelova avqustun 29-dan ehtiyat idmançılar üçün startı veriləcək yürüşlərə qatılacaq. O, Mustafayevanın əvəzləyicisi sayılır.
 
Avarçəkənlərimiz dünya çempionatına Almaniyada hazırlaşıblar. Onlar təlim-məşq toplantıları və müxtəlif yarışlarda qüvvələrini sınayıblar. 26 yaşlı Mustafayeva Dünya Kubokunun II və III mərhələlərində 6-cı yeri tutub. 21 yaşlı Aleksandrov isə Dünya Kubokunun II mərhələsində və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında 7-ci olub. Bu nəticələr hər iki təmsilçimizin London olimpiadasına lisenziya qazanmağa qadir olduqlarından xəbər verir.
 
Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq. 
 
Qeyd edək ki, ötən həftə Macarıstanın Seqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı keçirilib. Kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.