23 avqust 2011 18:39

Millimizin üzvü: Hədəfim olimpiadada uğurlu çıxış etməkdi

“Mən əvvəllər 2005-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə və 2009-cu ildə Kanadanın Dartmut şəhərində dünya çempionu olmağı bacarmışdım. Lakin 2006-cı ildə Seqeddə keçirilmiş dünya çempionatında gümüş medal qazanmışdım. Şadam ki, 5 ildən sonra burada yenidən təşkil olunan dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardım”. Azerisport.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında kanoe üzrə Azərbaycan milli komandasının üzvü Valentin Demyanenko deyib.
 
28 yaşlı idmançı Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatında 200 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə qızıl medal qazanıb. Bununla da Demyanenko 3 qat Avropa və 3 qat dünya çempionuna çevrilib. Yığmamız isə yarışı 1 qızıl, 3 gümüş medalla başa vurub. Dünya çempionumuz həm özü, həm də kanoe yığmamızın göstərdiyi nəticədən razılığını bildirib. Qazandığı titullara və daha böyük maraqla izlənilən sprinter məsafəsindəki şəksiz liderliyinə baxmayaraq, Demyanenko kanoe növündə bir şəxsiyyət kimi yetişməsi fikri ilə razılaşmayıb: “Çünki hər zaman hər şey dəyişir. Kimsə səndən güclüdür. Burada son hədd yoxdu”.
 
Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış kanoeçimizin kolleksiyasında yalnız olimpiya medalı yoxdur. Demyanenko növbəti hədəfinin məhz olimpiadada uğurlu çıxışdan ibarət olduğunu bildirib: “Olimpiadaya lisenziya qazanmışam. Sonrakı hədəfim növbəti yarışlarda uğurla çıxış etməkdir. Təbii ki, ilk növbədə, olimpiadanı nəzərdə tuturam”.
 
Qeyd edək ki, Seqeddəki dünya çempionatında Valentin Demyanenkodan əlavə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti də 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.