22 avqust 2011 12:44

DÇ-də möhtəşəm nailiyyət: 1 qızıl, 3 gümüş medal!

Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında Azərbaycan milli komandası 4-cü medalını qazanıb. Azerisport.az xəbər verir ki, yığmamız bu dəfə kanoe qayığı ilə 200 metr məsafəyə 4 nəfərlik estafet yürüşündə gümüş medala sahib olub.
 
Millimizin heyətində bu uğura Andrey Kraytor, Sergey Bezuqlıy, Maksim Prokopenko və Valentin Demyanenko imza atıb. Onlar finalda 2 dəqiqə 48,341 saniyə nəticə göstərərək, yalnız rusiyalı kvartetdən 1,386 saniyə geri qalıblar. Üçüncü yeri isə 2 dəqiqə 48,473 saniyə nəticə ilə Almaniya tutub.
 
Beləliklə, Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 3 gümüş medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına 2 lisenziya ilə başa vurub. Bütün medalları və lisenziyaları ölkəmizə kanoeçilərimiz qazandırıb. Estafet yürüşündə əldə olunan gümüş medaldan əlavə, Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə qızıl və olimpiadaya vəsiqə, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr və 500 metr məsafələrə yürüşdə gümüş medal və olimpiadaya vəsiqə qazanıb. Bezuqlıy – Prokopenko cütlüyü fəxri kürsüyə 3 dəfə, Demyanenko 2 dəfə qalxıb. Kraytor isə ilk dəfə böyüklər arasında dünya çempionatının mükafatçısı olub.
 
Ölkəmiz Seqeddəki dünya çempionatında tarixi uğura imza atıb. 2009-cu ildə Kanadanın Dartmut şəhərində 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxan millimiz bu dəfə həm kəmiyyət, həm də keyfiyyətcə medal kolleksiyasını zənginləşdirib.

 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.