20 avqust 2011 19:24

Azərbaycan idmanında tarixi hadisə

Bu gün müstəqil Azərbaycan idmanında tarixi hadisə baş verib. Ölkəmiz avarçəkmənin kanoe növündə böyüklər arasında olimpiadaya lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında 1000 metr məsafəyə yürüşdə gümüş medala sahib çıxaraq, 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəyə sahib çıxıb. Onlar ötən gün 500 metrdə də gümüş medal əldə etsələr də, bu günkü uğur ikiqat əhəmiyyətlidir.
 
2 nəfərlik qayıqla 1000 metr məsafəyə final yürüşündə Bezuqlıy – Prokopenko dueti finişə 2 dəqiqə 43,525 saniyəyə çatıb. Bu nəticə ilə onlar yalnız almaniyalı Ştefan Holts – Tomaş Vılenjek duetindən 0,822 saniyə geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz 500 metr məsafəyə yürüşün finalında geri qaldıqları rumıniyalı Alexandru Dumitresku – Viktor Mixalaki duetini 0,312 saniyə üstələməyi bacarıb.
 
London olimpiadasına sonrakı 4 yeri tutan çexiyalı Yaroslav Radon – Filip Dvoryak (2:44.593), rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (2:45.865), belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (2:46.855) və kubalı Karel Agilar Çakon – Sergey Torres Madriqal (2:48.547) duetləri də lisenziya qazanıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.