20 avqust 2011 18:30

Azərbaycan üçün DÇ-də daha bir final! (FOTO)

Azərbaycanın daha bir kanoeçisi Valentin Demyanenko Macarıstanın Seqed şəhərindəki dünya çempionatında növbəti dəfə finala yüksəlib. Azerisport.az xəbər verir ki, Demyanenko bu dəfə olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə həlledici mərhələyə adını yazdırıb.
 
O, seçmə mərhələdə olduğu kimi, yarımfinal yürüşündə də birinci yeri tutub. Bu dəfə təmsilçimiz finişə 39,446 saniyəyə yox, daha tez – 39,060 saniyəyə çatıb. 28 yaşlı idmançımız ən yaxın rəqibi Pavel Baraşkeviçi (Polşa) 0,596 saniyə üstələyib. Demyanenko həm də 4 yarımfinal yürüşündə birinci yeri tutanlar arasında ən yüksək nəticəni göstərib.
 
Beləliklə, Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşün 51 iştirakçısı arasında 9 ən güclünün yer aldığı əsas finala yüksəlməyi bacarıb. Sabah Bakı vaxtı ilə saat 16:04-də keçiriləcək həlledici mərhələdə onun rəqibləri Pavel Baraşkeviç (Polşa), Nivalter Santos de Xesus (Braziliya), Yevgeni Şuklin (Litva), Dmitri Vaytsişkin (Belarus), İvan Ştıl (Rusiya), Alfonso Benavides (İspaniya), Yuri Çeban (Ukrayna) və Tomas Simart (Fransa) olacaq.
 
Demyanenko daha öncə 500 metr məsafəyə yürüşdə də əsas finala çıxıb. O, həlledici yürüşə bu gün saat 17:52-də çıxacaq. Saat 18:58-də isə Sergey Bezuqlıy – Maksim Prokopenkodan ibarət azərbaycanlı kanoeçi duet 2 nəfərlik qayıqla olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə əsas finala qatılacaq. Onlar ötən gün 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıblar. Həm Demyanenko, həm də Bezuqlıy – Prokopenko dueti olimpiya məsafələrində ilk “7-liy”ə düşə bilsələr, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
 
Lakin kayakçılarımız Natalya Fiklisova və Mirnazim Cavadov – Tamerlan Mustafayeva dueti əsas finala yüksələ bilməyib. Fiklisova 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə finişə 7-ci çatıb. O, 43,037 saniyə nəticə göstərib. Mustafayev – Cavadov dueti də eyni məsafəyə yarımfinal yürüşündə 7-ci yeri tutub. Onların göstəricisi isə 35,278 saniyə olub. Həm Fiklisova, həm də Mustafayev – Cavadov dueti öz yarımqruplarında ilk 2 yerdən birini və ya ən yaxşı nəticəyə malik 3-cü yeri tuta bilmədiklərindən əsas finaldan kənarda qalıblar. Onlar London olimpiadasına dünya çempionatından lisenziya qazanma şanslarını da itiriblər. 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.