19 avqust 2011 17:51

Dünya çempionatında daha iki final

Macarıstanın Seqed şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycanın kayak və kanoeçiləri yarımfinal yürüşlərində çıxış ediblər. Azerisport.az xəbər verir ki, əvvəlcə 1 nəfərlik kayak qayığı ilə yeganə qadın təmsilçimiz Natalya Fiklisova 500 metr məsafəyə yürüş edib.
 
O, finişə 2 dəqiqə 7,334 saniyəyə çataraq 8-ci olub. Bununla da Fiklisova əsas finala vəsiqə qazana bilməyib. 2 nəfərlik kayak qayığı ilə mübarizə aparan Tamerlan Mustafayev – Mirnazim Cavadov dueti yarımfinalda ilk “3-lüy”ə düşə bilmədiyindən, əsas finaldan kənarda qalıb. Onlar finişə 1 dəqiqə 44,435 saniyəyə çataraq 6-cı olublar. Bu nəticə ilə Mustafayev – Cavadov cütlüyü B finalına (10 – 18-ci yerlər) çıxıb.
 
Kanoeçilərimiz isə finala yüksəlməyi bacarıblar. Valentin Demyanenko 1 nəfərlik qayıqla 500 metr məsafəyə yarımfinal yürüşündə finişə 2 dəqiqə 1,855 dəqiqəyə çatıb. O, eyni məsafəni 1 dəqiqə 59,917 saniyəyə qət edən ukraynalı Aleksandr Maksimçukdan geri qalıb. Demyanenko, Maksimçuk və 2 dəqiqə 2,941 saniyə nəticə ilə üçüncü yeri tutan rusiyalı Vladir Fedosenko əsas finala yüksəlib.  Digər finalçılar isə Denis Xaraja (Belarus), Sergey Qratsyun (İtaliya), Ruslan Muratov (Qazaxıstan), Martin Fuksa (Çexiya), Katalin Kostake (Rumıniya) və David Qyörgi Korisanski (Macarıstan) olub.
 
Nəhayət, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə finala çıxıb. Yarımfinal yürüşündə son saniyələrdə liderliyini əldən verən azərbaycanlı cütlük ikinci yeri tutub. Onlar yalnız kubalı Sergey Torres Madriqal – Karel Agilar Çakon duetindən 0,342 saniyə geri qalıblar. Üçüncü yer isə çinli Maoxinq Huanq – Qianq Li duetinə qismət olub. Hər üç cütlük, eləcə də digər iki yarımfinal yürüşündə “ilk 3-lüy”ə girmiş Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) və Tomaş Vılenjek – Stefan Holts (Almaniya) duetləri əsas finala yüksəlib. Bu isə o deməkdir ki, azərbaycanlı cütlük olimpiya məsafəsində ən azı ilk “9-luq”dakı yerini təmin edib. Onlar avqustun 20-də Bakı vaxtı ilə 18:18-də keçiriləcək final yürüşündə ilk “7-liy”ə düşməyi bacarsalar, müstəqil Azərbaycan idmanı tarixində ilk dəfə kanoe növündə böyüklər arasında olimpiadaya lisenziya qazanacaqlar.      
 
Qeyd edək ki, dünya çempionatının ilk günündə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 42,752 saniyə nəticə ilə 2-ci yeri tutaraq, birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü bu gün Bakı vaxtı ilə saat 19:01-də olacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.