18 avqust 2011 17:00

Azərbaycan DÇ-nin finalında (FOTO)

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko Macarıstanın Seqed şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına uğurla başlayıblar. Azerisport.az xəbər verir ki, 2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan duetimiz 500 metr məsafəyə yürüşdə əsas finala vəsiqə qazanıb.
 
Onlar seçmə yürüşdə finişə 1 dəqiqə 42,752 saniyəyə çatıblar. Bu nəticə ilə Bezuqlıy – Prokopenko cütlüyü birinci yeri tutan Yevgeni İqnatov – İvan Ştıl duetindən 0,414 saniyə geri qalıblar. Üçüncü yeri isə çexiyalı Yaroslav Radon – Filip Dvoryak dueti tutub. Hər üç duet birbaşa finala yüksəlib.
 
Bu gün mübarizəyə daha bir kanoeçimiz Adnan Əliyev də qoşulub. Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə seçmə yürüşdə 4-cü yeri tutub. Finişə 4 dəqiqə 13,940 saniyəyə çatan kanoeçimiz macarıstanlı Atilla Vayda (04:05.828), bolqarıstanlı Deyan Georgiyev (04:08.726) və çinli Şaokun Huanqdan (04:09.086) geri qalıb. Bununla belə, Əliyev ilk “7-liy”ə düşdüyündən, özündən əvəlki idmançılar və geridə qoyduğu ABŞ təmsilçisi Robert Finlayson (04:15.476), xorvatiyalı Nikiça Lyubek (04:18.878) və vyetnamlı Van Lonq Tranla (04:23.582) birgə yarımfinala yüksəlib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.