12 avqust 2011 17:22

Yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı

Avqustun 17-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək çempionatda Azərbaycan milli komandası geniş heyətlə təmsil olunacaq.
 
Kanoeçilərin mübarizəsində 5, kayakçıların yarışında isə 3 idmançımız çıxış edəcək. Onlar böyüklərin olimpiadasında ilk dəfə kayak və kanoe növlərində ölkəmizə lisenziya qazandırmağa çalışacaqlar.
 
İkiqat dünya və üçqat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq. Eyni tipli qayıqla 1000 metr məsafəyə yürüşdə Adnan Əliyev mübarizə aparacaq.
 
Avropa çempionları Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) 500 metr və 1000 metr məsafələrə yürüş edəcəklər. 4 nəfərlə 200 metr məsafəyə estafet yürüşündə Sergey Bezuqlıy – Maksim Prokopenko – Valentin Demyanenko – Andrey Kraytor kvarteti çıxış edəcək.
 
Kayakçıların mübarizəsində 2 kişi, 1 qadın idmançımız qüvvəsini sınayacaq. Natalya Fiklisova 1 nəfərlik qayıqla (K-1), Mirnazim Cavadov – Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla (K-2) 200 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edəcək.
 
Bu yürüşlərdən 6-da əldə olunacaq nəticələr xüsusi əhəmiyyətə malikdir. London olimpiadasına vəsiqə qazanmaq üçün Valentin Demyanenko 200 metr, Adnan Əliyev, eləcə də Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr məsafələrə yürüşdə ilk “7-liy”ə, Natalya Fiklisova 200 metr və 500 metr məsafələrə yürüşlərdə ilk “8-liy”ə, Mirnazim Cavadov – Tamerlan Mustafayev dueti isə 200 metr məsafəyə yürüşdə ilk “6-lığ”a düşməyi bacarmalıdırlar. Buna nail ola bilməyəcək idmançılarımıza gələn ilin mayında keçiriləcək Avropa çempionatında daha bir şans veriləcək. Həmin yarışda 1 nəfərlik qayıqla mübarizə aparanlara 2 lisenziya, 2 nəfərlik qayıqla çıxış edənlərə isə 1 lisenziya yeri ayrılacaq. 
 
Mayın əvvəllərindən Polşada təlim-məşq toplantısında olan kayak və kanoeçilərimiz dünya çempionatı öncəsi Avropa çempionatı və Dünya Kubokunun mərhələ yarışlarında uğurla çıxış ediblər. Xüsusən, kanoe yığmamızın ümumi komanda hesabında Avropa çempionu olduğunu vurğulamalıyıq. İdmançılarımız dünya çempionatının keçiriləcəyi məkana avqustun 14-də yollanacaqlar. Onlar çempionata kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov, məşqçilər Anatoli Dudnik və Vasili Kovbanovskinin rəhbərliyi altında hazırlaşıblar.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.