3 avqust 2011 14:36

“Biz bu yolu getməkdə davam edəcəyik”

Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı başa çatdıqdan sonra Azərbaycan avarçəkənləri diqqətlərini 28 avqust – 4 sentyabrda Sloveniyanın Bled şəhərində keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına cəmləyiblər. Azerisport.az xəbər verir ki, Amsterdamdakı dünya birinciliyinin yekunları ilə bağlı Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi Rudiger Hauffe Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibə verib. Hauffe təəssüratlarını bölüşüb, habelə qarşıdakı dünya çempionatı və avarçəkənlərimizin bu yarışa hazırlığı barədə danışıb.
 
- İlk növbədə, İskra Angelovanın çıxışına toxunmaq istərdim. Amsterdamda 6-cı yeri tutması onun üçün böyük artım və irəliyə addımdı. Çünki ötənilki dünya çempionatında Angelova 17-ci yerlə kifayətlənmişdi. Deməli, son bir il ərzində o, çox artırıb və görünür, daha da irəliləmək üçün potensialı var. Əminəm ki, gələcəkdə Angelova yalnız artıracaq. Aleksandr Aleksandrova gəldikdə, dünya çempionatı göstərdi ki, ilkin və ya həlledici olmasının fərqinə varmadan bütün yürüşlərə köklənmək lazımdır. Aleksandrov ¼ finalda daha yüksək yer tutsaydı, yarımfinalda daha yaxşı şərait əldə edərdi. Bununla belə, B finalında göstərdiyi nəticə onun Amsterdamdakı dünya çempionatında öz potensialını reallaşdırmamasından xəbər verir. Yəni, Hollandiya paytaxtında biz əsl Aleksandr Aleksandrovu görmədik. Bütün yarımfinal yürüşü ərzində o, hamı ilə bərabər gəlirdi, amma son bölümdə sadəcə, avar çəkməyi səngitdi. İndi biz məşqçi Yuliana Stoyeva ilə birgə Aleksandrovun uğursuz çıxışının səbəbini analiz etməli və növbəti yarışlar öncəsi düzgün qərar qəbul etməliyik.    
 
- Kamal Məmmədovun çıxışını necə dəyərləndirirsiniz?
- Məmmədov kifayət qədər yaxşı çıxış etdi və ümumilikdə o, məni təəccübləndirmədi. Mən onun imkanlarına bələdəm və bilirəm ki, daha çoxuna qadirdir. Məmmədov bunu Dünya Kubokunun I mərhələsində də göstərdi. Fikrimcə, onun dünya çempionatına hazırlıq üçün daha çox vaxtı olsaydı, Amsterdamda xeyli yaxşı təsir bağışlayardı. Çempionat öncəsi son 10 gündə biz onun fiziki hazırlığını artırmağa çalışdıq. Kamal perspektivli idmançıdır və yenə artıraraq daha böyük uğura qadirdir. Biz onun üzərində işləyəcəyik. Məmmədov üçün ilk böyük beynəlxalq mövsüm pis alınmadı.
 
- Amsterdamdakı dünya çempionatında avarçəkənlərimiz arasında ən zəif nəticəni Mirzəyev – Qlotov duet nümayiş etdirdi.
- Fuad Mirzəyev – Aleksandr Qlotov duetinə gəldikdə, bu uşaqlardan da hər birinin yaxşı potensialı var. Lakin indiki halda söhbət, çox güman ki, müxtəlif partnyorlarla potensialdan gedir. Onların hər ikisi ilk növbədə, yaş sarıdan fərqlidirlər. Hazırda Fuad Mirzəyevin 23 yaşı var və bu mövsüm 23 yaşadək akademik avarçəkənlər arasında sonuncu çıxışıdır. Amma Aleksandr Qlotov çox cavandır. Cəmi 18 yaşı var və avarçəkmədə az perspektivə malik deyil. Hazırda biz səylərimizi ona layiqli duet təşkil edə bilən idmançı tapmağa cəlb etmişik. Digər tərəfdən, etiraf etməliyik ki, bizim xüsusi seçimimiz yoxdur. Çünki akademik avarçəkmədə qoşa avarlı qayıqlarla çıxış etmək üçün yalnız Fuad Mirzəyevlə Aleksandr Qlotovumuz var. Məsələn, Almaniyada duet yaratmaq üçün 20 avarçəkən olur. Onların arasından ən yaxşı cütlük kombinasiyaları seçmək olar. Biz isə təəssüf ki, hələlik bu 2 uşağa etimad göstəririk. Bununla belə, onlardan biri hələ gəncdir, digəri isə gələn ildən başqa yaş kateqoriyasına keçir. Biz onların çıxışını analiz etməli və ən yaxşı nəticələrə nail olmaq üçün yollar axtarmalıyıq.
 
- Gələcək planlarınız necədir?
- İndi biz Berlindəki düşərgəmizdə məşq edir və Bleddə keçiriləcək olimpiya lisenziyalı dünya çempionatına köklənirik. Azərbaycan bu yarışda Aleksandr Aleksandrov və Natalya Mustafayevanın simasında 1 nəfərlik qayıqlarda təmsil olunacaq. Hesab edirəm ki, Natalya son zamanlar artırıb. Əgər o, Münhendəki Dünya Kubokunda 11-ci olmuşdusa, Hamburqda 6-cı yeri tutdu. Mustafayeva düzgün istiqamətdə işləyir. Biz bu yolu getməkdə davam edəcəyik. Qalan müddətdə onu dünya çempionatına daha yaxşı hazırlamaq üçün bütün mümkün olanı edəcəyik. Habelə, Aleksandr Aleksandrov da öz üzərində çox işləməlidir. O, Amsterdamdakı dünya çempionatını tezliklə unudaraq qarşıdakı dünya çempionatına yönəlməlidir. Qeyd edim ki, kişilərin mübarizəsində 1 – 11-ci, qadınların yarışında isə 1 – 9-cu yerləri tutanlar London olimpiadasında iştirak hüququ qazanacaqlar. 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.