2 avqust 2011 15:17

Millimiz London Olimpiya Oyunlarının keçiriləcəyi məkanda

Avqustun 3-də Böyük Britaniyanın Eton şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq.
 
1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşlərə Boris Yotov qatılacaq. Yotov 25-26 iyunda Polşanın Kruşvitsa şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. Cəmi 16 yaşının olmasına baxmayaraq, o, dünya çempionatında da çıxış etdiyi qayıq tipində əsas favoritlərdən sayılır.
 
2 nəfərlik qoşa avarlı qayıqla (JM2X) eyni məsafəyə yürüşlərdə isə Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti mübarizə aparacaq. Onlar ilk dəfə belə nüfuzlu yarışda çıxış edəcəklər. Bununla belə, Hüseynli – Xanlarov cütlüyü çempionat öncəsi müxtəlif beynəlxalq reqatalarda çıxış edərək, mükafatçılar sırasına düşməyi bacarıb. Hər üç təmsilçimizin 24 rəqibi olacaq.
 
Avarçəkənlərimiz yarışa yığmamızın məşqçiləri Yuliana Stoyeva və Samir Məmmədovun rəhbərliyi altında yollanıblar. Çempionata avqustun 7-də yekun vurulacaq.
 
Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı Böyük Britaniyanın paytaxtı Londondan təqribən 35 km aralıdakı Dorney gölündə yerləşən Eton Dorney Avarçəkmə Mərkəzində təşkil olunacaq. Həmin idman qurğusunda 2012-ci il London Yay Olimpiya Oyunları zamanı akademik avarçəkmə, kayak və kanoe növlərində yürüşlər keçiriləcək.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.