29 iyul 2011 01:27

Azərbaycanın DÇ üçün heyəti açıqlandı

İyulun 29-da Almaniyanın Brandenburq şəhərində yeniyetmələr arasında kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, üç gün davam edəcək yarışda rekord sayda – 64 ölkədən 650-dək idmançı mübarizə aparacaq.
 
Dünya birinciliyində Azərbaycan milli komandası baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi İsfəndiyar Cəfərovun rəhbərliyi altında 4 kayakçı və 4 kanoeçi ilə mübarizə aparacaq.
 
Kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla (K-2) çıxış edəcək Yasin Əhmədov – Amil Hüseynli dueti 1000 metr, Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti isə 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaqlar. Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə də qüvvəsini sınayacaq. 
 
Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) mübarizə aparacaq Radoslav Kutsev 1000 metr, 2 nəfərlik (C-2) qayıqla çıxış edəcək Aleksey Kuçer 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. 2 nəfərlik qayıqla (C-2) daha bir cütlüyümüz də yarışacaq. Aleksey Kupin – İqor Delistianov dueti 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar.
 
Qeyd edək ki, yeniyetmə kayak və kanoeçilərimiz dünya çempionatına Polşada hazırlaşıblar. Onlar bir neçə turnirdə, o cümlədən, 28 iyun – 3 iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında mübarizə aparıblar. Qitə birinciliyində ən yaxşı nəticəni  kanoeçilərimizdən Aleksey Kupin – İqor Delistianov dueti göstərib. Onlar 500 metr və 1000 metr məsafələrə yürüşlərdə finala çıxaraq 5-ci olublar. Bundan başqa kanoeçimiz Radoslav Kutsev 1000 metr, Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti isə 500 metr məsafəyə yürüşdə finaladək irəliləyib. Kutsev 7-ci, Vəlizadə - Mustafayev dueti 9-cu yerlə kifayətlənib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.