23 iyul 2011 14:48

Azərbaycan DÇ-nin finalında!

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan milli komandasının üzvü İskra Angelova finala çıxıb. Azerisport.az xəbər verir ki, yeganə qadın təmsilçimiz bu uğura 1 nəfərlik qayıqla (BW1X) 2000 metr məsafəyə yarımfinal yürüşündə nail olub.
 
Angelova finişə 7 dəqiqə 38,55 saniyəyə çatıb. Bu nəticə ilə avarçəkənimiz serbiyalı İvana Filipoviç (7:36.42) və estoniyalı Kaisa Pajusaludan (7:36.89) cüzi fərqlə geri qalsa da, ukraynalı Nataliya Dovqodko (7:38.55), irlandiyalı Liza Dillin (7:43.02) və danimarkalı Ann Anderseni (8:14.00) qabaqlayıb. Reqlamentə əsasən, ilk “3-lüy”ə düşən idmançılar əsas finala vəsiqə qazanıblar ki, onların arasında 22 yaşlı təmsilçimiz də var. Sabah ilk 6 yer uğrunda keçiriləcək əsas final yürüşündə Angelovanın rəqibləri yarımfinalda ilk 2 yeri tutan İvana Filipoviç (Serbiya) və Kaisa Pajusaludan (Estoniya) əlavə, ötənilki dünya çempionu Donata Vistartayte (Litva), eləcə də Karina Baer (Almaniya) və Nikol Bökers (Hollandiya) olacaq.
 
Yarımfinaladək irəliləyən daha bir avarçəkənimiz Aleksandr Aleksandrov isə əsas finala çıxa bilməyib. Kişilərin mübarizəsində 1 nəfərlik qayıqla (BM1X) mübarizə aparan ötənilki dünya çempionatının gümüş mükafatçısı yarımfinalda ilk “3-lüy”ə düşə bilməyib. 2000 metr məsafəni 7 dəqiqə 0,06 saniyəyə qət edən Aleksandrov almaniyalı Hubert Trjibinski (6:51.99), litvalı Rolandas Masçinskas (6:53.60) və belçikalı Bram Dubuadan (6:54.42) geri qalıb. O, amerikalı Ben Dann (7:05.24) və macarıstanlı Domonkos Selli (7:08.34) qabaqlaya bilib. Aleksandrov sabah 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edəcək.
 
Qalan 3 avarçəkənimiz C yarımfinalında çıxış edib. Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) yürüşdə finişə 2-ci çatıb. O, 2000 metr məsafəni 7 dəqiqə 24,72 saniyəyə qət edib. Aleksandr Qlotov – Fuad Mirzəyev dueti isə 2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşdə 6 dəqiqə 50,30 saniyə nəticə ilə 3-cü yeri tutub. Həm Məmmədov, həm də Qlotov – Mirzəyev dueti bu gün 13 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən C finalında çıxış edəcəklər.
 
Bakı vaxtı ilə saat 16:24-də başlanacaq yürüşdə Kamal Məmmədovun rəqibləri Conatan Mitçell (İrlandiya), Oskar Russberq (İsveç), Kristian Qayna Leyn (Çili), Emanuele Ferrayuolo (İtaliya) və Jerom Völke (İsveçrə) olacaq. Saat 16:30-da startı veriləcək yürüşdə isə Aleksandr Qlotov – Fuad Mirzəyev duetinin rəqibləri Arnold Sanqlepp – Ronald Vaeli (Estoniya), Xuan Karlos Kabrera – Xayme Kuevas (Meksika), Cüzeppe Miniçini – David Tabaçço (İtaliya), Yevgeni Aliaxnoviç – İqor Paşkeviç (Belarus) və Adam Rabalski – Benjamin De Vit (Kanada) olacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.