21 iyul 2011 14:16

Azərbaycan DÇ-də ilk rəqiblərini tanıdı

Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında keçirilən dünya çempionatının püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan milli komandasının üzvlərinin də ilk rəqibləri müəyyənləşib. 5 avarçəkənimizin hamısı mübarizəyə iyulun 21-də başlayacaq.
 
Bakı vaxtı ilə saat 14:24-də Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) start xəttinə çıxacaq. Onun rəqibləri İtaliya, Filippin və Yunanıstan təmsilçiləri olacaq. Seçmə mərhələdə ilk 3 yeri tutanlar 1/4 finala yüksələcəklər.
 
Saat 14:48-də 2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşlərə Aleksandr Qlotov – Fuad Mirzəyev dueti qoşulacaq. Onlara Xorvatiya, Polşa, ABŞ, Litva və Rusiya avarçəkənləri rəqib olacaqlar. 1-ci yerin sahibi birbaşa yarımfinala, sonrakı pillələri tutanlar isə təsəlliverici yürüşə vəsiqə qazanacaqlar.
 
Saat 19:00-da Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (BM1X) yürüşlərə qatılacaq. Onun rəqibləri Macarıstan, İsrail və İsveç təmsilçiləri olacaq. İlk 3 yeri tutanlar ¼ finala çıxacaqlar.
 
Nəhayət, saat 19:06-da yeganə qadın təmsilçimiz İskra Angelova 1 nəfərlik qayıqla (BW1X) yürüşlərə başlayacaq. Ona Ukrayna, Danimarka, İrlandiya, Litva və Hollandiyadan olan avarçəkənlər rəqib olacaqlar. İlk 2 pillənin sahibləri yarımfinala, sonrakı yerləri tutanlar isə təsəlliverici yürüşlərə qatılacaqlar.
 
Dünya çempionatına iyulun 24-də yekun vurulacaq.
 
Qeyd edək ki, 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı ötən il Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunub. Həmin yarışda Aleksandr Aleksandrov gümüş medal qazanıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.