19 iyul 2011 19:18

Millimizin DÇ üçün heyəti açıqlandı

İyulun 20-də Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda 63 ölkənin 800-dən çox idmançısı mübarizə aparacaq.
 
Azərbaycanı turnirdə 5 avarçəkən təmsil edəcək. Ötən il Belarusun Brest şəhərində keçirilmiş dünya birinciliyinin gümüş mükafatçısı Aleksandr Aleksandrov yenə 1 nəfərlik qayıqla (BM1X) yürüşlərə qatılacaq. Bu qayıq tipində 28 idmançı sifariş olunub.
 
1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) yürüşlərdə Kamal Məmmədov qüvvəsini sınayacaq. O, 26 idmançıya qarşı mübarizə aparacaq.
 
Çexiyanın Raçitse şəhərində ötən il keçirilmiş yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı Aleksandr Qlotov Fuad Mirzəyevlə birgə 2 nəfərlik sükansız qayıqla (BM2-) yarışacaq. Onlar 21 cütlüyə rəqib olacaqlar.
 
Nəhayət, yeganə qadın təmsilçimiz İskra Angelova 1 nəfərlik qayıqla (BW1X) ötən il tutduğu 14-cü pillədən daha yaxşı nəticə göstərməyə çalışacaq. Bunun üçün Angelova 16 rəqibi ilə mübarizə aparacaq.
 
Dünya çempionatına iyulun 24-də yekun vurulacaq. Qeyd edək ki, komandamız yarışa millimizin baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi Yuliana Stoyevanın rəhbərliyi altında hazırlaşıb. Avarçəkənlərimiz mayın əvvəllərindən Almaniyada təlim-məşq toplantısında iştirak etməklə bərabər, Dünya Kubokunun mərhələ yarışlarında mübarizə aparıblar. 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.