29 iyun 2011 16:04

Yığmamızın AÇ üçün heyəti açıqlandı

İyunun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə kayak və kanoe üzrə yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 38 ölkənin qatılacağı nüfuzlu yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək. 
 
Onlardan 8-i yeniyetmələr arasında mübarizə aparacaq. Kayakçılarımızdan 2 nəfərlik qayıqla (K-2) Yasin Əhmədov – Amil Hüseynli dueti 1000 metr, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. Yürüşlərin 18 yaşadək idmançılar arasında keçirilməsinə baxmayaraq, Əhmədovla Hüseynlinin cəmi 15 yaşı var. İstedadlı kayakçılarımız martda keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatasında daha yaxşı nəticə göstərdikləri üçün yığmamızın heyətinə cəlb olunublar. Vəlizadə - Mustafayev dueti isə ötən ay böyüklər arasında keçirilmiş Dünya Kubokunun I və III mərhələ yarışlarında yarımfinaladək irəliləməyi bacarıb.
 
Yeniyetmə kanoeçilərimizə gəldikdə, 2010-cu il Sinqapur Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmiş Radoslav Kutsev Avropa çempionatında 1 nəfərlik qayıqla (C-1) 1000 metr, Aleksey Kuçer isə 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. 2 nəfərlik qayıqla (C-2) mübarizə aparacaq Aleksey Kupin – İqor Delistianov dueti 500 metr və 1000 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar.
 
23 yaşadək kayak və kanoeçilərin yarışında isə ölkəmizi 3 idmançı təmsil edəcək. 1 nəfərlik kanoe qayığı (C-1) ilə ötənilki Avropa birinciliyinin gümüş mükafatçısı Andrey Kraytor 200 metr və 500 metr, böyüklər arasında son Avropa çempionatının yarımfinalçısı Boqdan Kurudz isə 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Kayakçıların yarışında Mirnazim Cavadov 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələri qət edəcək.
 
Kayak və kanoeçilərimiz Polşada uzunmüddətli təlim-məşq toplantısı və ayrı-ayrı ölkələrdə bir neçə turnirdə iştirak etdikdən sonra Zaqrebə yollanıblar. Onlar qitə birinciliyində milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərliyi altında mübarizə aparacaqlar. Ümumiyyətlə, kayak və kanoeçilərimiz üst-üstə 13 məsafəyə yürüş edəcəklər ki, bu da onların maksimum 13 medala iddia edəcəkləri anlamına gəlir.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.