26 iyun 2011 15:14

Azərbaycan Avropa çempionatının finalında!

İyunun 25-də Polşanın Kruşvitsa şəhərində akademik avarçəkmə üzrə yeniyetmə oğlan və qızlar arasında 1-ci Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, 18 yaşadək avarçəkənlərin qatıldıqları yarışda Azərbaycanı Boris Yotov təmsil edir. 16 yaşlı idmançımız 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşdə qüvvəsini sınayır.
 
Avropa çempionatının ilk günündə Yotov seçmə mərhələ yürüşünə qatılıb. O, Latviya, Çexiya, Litva, Slovakiya və Estoniya avarçəkənləri ilə mübarizədə birinci yeri tutub. Təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 42,45 saniyəyə qət edib. O, ən yaxın rəqibini 4,83 saniyə qabaqlayıb. Bu nəticə ilə Yotov birbaşa əsas finala vəsiqə qazanıb.
 
Texniki nəticələr
Yeniyetmələr arasında Avropa çempionatı
Məsafə: 2000 metr
1 nəfərlik qayıq (JM1X)
Seçmə mərhələ
 
1. Boris Yotov (AZƏRBAYCAN) – 07:42,45
2. Gints Zunde (Latviya) – 07:47,28
3. Mixal Plosek (Çexiya) – 07:50.32
4. Aurimas Adomaviçyus (Litva) – 07:57.45
5. Roxard Vanko (Slovakiya) – 08:07.47
6. Mixel Pari (Estoniya) – 08:08.85
 
Əsas final yürüşü bu gün keçiriləcək. Bakı vaxtı ilə saat 17:58-də startı veriləcək yürüşdə Boris Yotovun rəqibləri Andrey Mixaylov (Ukrayna), Rafal Zaykovski (Polşa), Boris Qardijan (Xorvatiya), Yeqor Matsukov (Belarus) və Gints Zunde (Latviya) olacaq. 
 
Qeyd edək ki, Boris Yotov Azərbaycanın ən istedadlı akademik avarçəkənlərindəndir. Cəmi 16 yaşının olmasına baxmayaraq, o, 18 yaşlılar arasında uğurlu nəticələri ilə diqqət çəkir. Yotov Polşaya milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanıb. Avarçəkənimiz çempionat öncəsi Almaniyanın Münhen şəhərində “Internationale DRV-Junioren-Regatta” turnirində qızıl, Rusiyanın paytaxtı Moskvada isə Beynəlxalq Dostluq reqatasında gümüş medala sahib olub. O, eyni zamanda Almaniyada böyüklərdən ibarət yığmamızla birgə təlim-məşq toplantısında iştirak edib. 

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.