22 iyun 2011 12:44

Millimizin üzvü: Növbəti hədəfim dünya çempionluğudu

Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Azərbaycanın kanoe üzrə milli komandası tarixi uğura imza atdı. Azerisport.az xəbər verir ki, yığmamız qitə çempionatlarına qatılmağa başladığı son 3 ildə ilk dəfə 2 qızıl, 1 gümüş medal qazanaraq, ümumi komanda hesabında qitənin ən güclüsü oldu. Hər 2 qızıl medalın müəllifi Valentin Demyanenko Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibə verib.
 
- Əvvəlcə, qazandığınız qələbələr münasibətilə sizi təbrik edirik. Ümumiyyətlə, Avropa çempionatı necə keçdi?
- Avropa çempionatı bizim üçün əla alındı. Mən iki qızıl, komanda yoldaşlarım Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet isə gümüş medal qazandı. Bundan əlavə, Azərbaycan kanoe yığması ümumi komanda hesabında birinci yeri tutdu. Bu isə xüsusən sevindiricidir. 
 
- Sonuncu dəfə 2009-cu ildə mötəbər yarışlarda iştirak etmiş, yalnız 200 metr məsafədə Avropa və dünya çempionu olmuşdunuz. Amma bu dəfə 200 metrlə yanaşı, 500 metr məsafəyə yürüşdə də qitənin ən güclüsü oldunuz. Bu dəfəki Avropa çempionatında ikiqat uğurunuzun sirri nədədi?
- Şübhəsiz ki, bu, şəxsi məşqçi amili ilə bağlıdı. Bu ildən Anatoli Dudnik hazırlıq prosesində mənə yaxından kömək edir. Əvvəllər də 200 metr məsafəyə yürüşlərdə yaxşı nəticələr göstərirdim. Amma 500 metr məsafədə də birinci olmağım məhz birgə əməyimizin nəticəsidi. 
 
- Qazandığınız qələbələr münasibətilə sizi ilk dəfə kim təbrik etdi?
- Komanda yoldaşlarım. Ardından Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov zəng etdi, özü, eləcə də gənclər və idman naziri Azad Rəhimovun adından təbrik etdi.
 
- Qələbəni kimə həsr edirsiniz?
- Öz doğmalarıma və yaxınlarıma.
 
- Avqustda Macarıstanın Seqed şəhərində 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Həmin yarışa hazırlıq planınız necədi?
- Buradan Polşanın paytaxtı Varşavaya qayıdırıq. Dünya çempionatına Varşava yaxınlığındakı Ostrudada şəhərindəki bazada hazırlaşacağıq.
 
- Macarıstana yalnız lisenziya, yoxsa həm də medal dalınca yollanacaqsınız?
- Dünyanın hər bir idmançısı qızıl medal arzusundadır. Bu baxımdan, növbəti hədəfim dünya çempionluğudu.
 
- Kanoedə bir nəfərlik qayıqla yürüşlərdə olimpiya məsafəsi 200 metr sayılır. Həmin məsafədə əsas rəqib qismində kimi görürsünüz?
- Onların sayı bir deyil. Ən azı 9 nəfərdi.
 
- Yəqin ki, əldə etdiyiniz uğurlar sizdə gələcək çıxışlarınız üçün müəyyən rəy formalaşdırıb. Deyə bilərsinizmi ki, olimpiadaya lisenziya artıq cibinizdədi?
- Xeyr, belə demək olmaz. Gələcəkdə nələrin baş verəcəyini bir Allah bilir. Artıq hər şey keçmişdə qalıb. Dünya çempionatına hamı “ağ kağız”dan və heç bir rəysiz başlayır. 
 
- Siz ikiqat dünya və üçqat Avropa çempionusunuz. Özünüzü dünyanın ən güclü kanoeçisi sayırsınız?
- Hələlik yox. Amma hər şey yenicə başlayır.
 
- Rəqibləriniz titullarınızdan çəkinmirlər?
- Deyə bilmərəm. Bunu özləri bilər.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.