20 iyun 2011 11:20

Azərbaycan Avropa çempionu oldu! (FOTO)

Azərbaycanın kanoe üzrə milli komandası Serbiyanın paytaxtı Belqradda başa çatan Avropa çempionatında ümumi hesabda medal əyarında birinci yeri tutub. Azerisport.az xəbər verir ki, yığmamız bu uğura Valentin Demyanenkonun 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə 2 qızıl, Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin isə 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə gümüş medal qazanmaları sayəsində nail olub.
 
Ölkəmiz əldə etdiyi 2 qızıl, 1 gümüş medalla Almaniya (2 qızıl), Rumıniya (1 qızıl, 1 gümüş, 1 bürünc), Macarıstan, Rusiya (hər ikisi 1 qızıl, 1 bürünc), Litva (1 qızıl), Belarus (3 gümüş, 1 bürünc), İspaniya (2 gümüş, 1 bürünc), Polşa (1 gümüş, 1 bürünc), Çexiya, Ukrayna (hər ikisi 1 bürünc) kimi ölkələri geridə qoyub.      
 
Avropa çempionatında kayak və kanoe yarışlarına qatılan 39 ölkədən isə cəmi 18-i medal qazanmağı bacarıb. Onların arasında ölkəmiz medal əyarında 5-ci yeri tutub, medal sayında isə 9 – 11-ci yerləri bölüşdürüb. Medal əyarında millimiz Macarıstan (6 qızıl, 3 gümüş, 2 bürünc), Belarus (5 qızıl, 5 gümüş, 3 bürünc), Almaniya (4 qızıl, 4 gümüş, 1 bürünc) və Rusiyadan (4 qızıl, 1 gümüş, 4 bürünc) geri qalıb. Əvəzində yığmamız Polşa (1 qızıl, 2 gümüş, 3 bürünc), Rumıniya (1 qızıl, 1 gümüş, 2 bürünc), Böyük Britaniya (1 qızıl, 1 gümüş, 1 bürünc), Portuqaliya (1 qızıl, 3 bürünc), Litva (1 qızıl), İspaniya (3 gümüş, 1 bürünc), Ukrayna (1 gümüş, 2 bürünc), İsveç (1 gümüş, 1 bürünc), Norveç, Serbiya, Slovakiya (hamısı 1 gümüş), Danimarka (2 bürünc) və Çexiyanı (1 bürünc) geridə qoyub. Medal sayında isə komandamız Belarus (13), Macarıstan (11), Almaniya, Rusiya (hər ikisi 9), Polşa (6), Rumıniya, Portuqaliya və İspaniyadan (hamısı 4) geri qaldığı halda, Böyük Britaniya və Ukrayna (hamısı 3) ilə bərabər, İsveç, Danimarka (hər ikisi 2), Litva, Norveç, Serbiya, Slovakiya və Çexiyadan (hamısı 1) isə üstün olub.         
 
Bundan başqa, Avropa çempionatına qatılan 39 ölkənin idmançılarının göstərdikləri nəticələrə əsasən xallar da hesablanıb. Yarışda 4 kanoeçi, 1 kayakçı ilə təmsil olunan Azərbaycan üst-üstə 91 xal yığıb. Bütün təmsilçilərimiz ölkəmizin hesabına xal yazdırmağı bacarıblar. Xallardan 49-unu Sergey Bezuqlıy – Maksim Prokopenko dueti toplayıb. Onlar 500 metr məsafəyə yürüşdə 2-ci yeri tutduqları üçün 18 xal, 1000 metr məsafədə 4-cü olmaları səbəbindən 16 xal, 200 metr məsafədə 5-ci yerlə kifayətləndiklərindən, 15 xal yığıblar. Həm 500 metr, həm də 200 metr məsafədə 1-ci yeri tutan Valentin Demyanenko üst-üstə 40 xal (20 xal + 20 xal) toplayıb. 1 nəfərlik kanoe qayığı ilə 1000 metr və 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafələrə yürüşlərdə yarımfinaladək irəliləməyi bacaran Boqdan Kurudz və Nataliya Fiklisova isə hərəyə 1 xal alıblar. Beləliklə, ölkəmiz kişi kanoeçilərin yarışında 90 xalla 5-ci yeri tutub. İlk 4 pillədə Rusiya (112 xal), Belarus (107 xal), Rumıniya (101 xal) və Macarıstan (98 xal) qərarlaşıb. Qadın kayakçıların mübarizəsində ölkəmiz 1 xalla 25-ci olub. Hər iki növün cəmində isə Azərbaycan 91 xal toplayaraq 18-ci yerlə kifayətlənib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.