19 iyun 2011 18:15
Demynanenko Azərbaycana AÇ-də 2 qızıl medal qazandırdı
Serbiyanın paytaxtı Belqradda keçirilən kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan milli komandası möhtəşəm uğura imza atıb. Azerisport.az xəbər verir ki, kanoeçilərimizdən Valentin Demyanenko 2 qızıl, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə gümüş medala sahib çıxıblar.
Ölkəmizə ilk medalı Demyanenko qazandırıb. O, 500 metr məsafəyə final yürüşündə 1 dəqiqə 50,681 saniyə nəticə göstərərək, bütün rəqiblərini geridə qoyub. Ardından Bezuqlıy – Prokopenko dueti eyni məsafəyə həlledici yürüşdə 1 dəqiqə 41,689 saniyə nəticə ilə ikinci yeri tutub. Kanoeçi cütlüyümüz yalnız Viktor Mixalaki – Liviu-Alexandru Lazar-Dumitreskudan 0,048 saniyə geri qalıb.
Günün ikinci yarısında isə Demyanenko daha bir qızıl medala yiyələnib. O, bu dəfə olimpiya məsafəsi sayılan 200 metrdə bütün rəqiblərini üstələyib. Kanoeçimiz həmin məsafəni 39,855 saniyəyə qət edib. Beləliklə, Valentin Demyanenko 2 qat dünya, 3 qat Avropa çempionuna çevrilib. O, ilk dünya çempionluğunu 2005-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə, ikinci dünya çempionluğunu isə 2009-cu ildə Kanadanın Dartmut şəhərində qazanıb. Demyanenko 2009-cu ildə Almaniyanın Brandenburq şəhərində ilk Avropa çempionluğu sevincini yaşayıb. 28 yaşlı kanoeçimiz 200 metrlik məsafəyə yürüşdə qızıl medal qazanmaqla, avqustda Macarıstanın Seqed şəhərində keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi yüksək hazırlıq səviyyəsini ortaya qoyub.
Eyni sözləri Bezuqlıy – Prokopenko dueti haqda da demək olar. Onlar 1000 metr və 200 metr məsafələrə yürüşlərdə də medal qazanmağa yaxın olublar. Lakin sonda müvafiq olaraq, 4-cü və 5-ci yerlərlə kifayətləniblər. Bununla belə, olimpiya məsafəsi sayılan 1000 metr məsafəyə yürüşdə 4-cü yer heç də pis nəticə deyil. Çünki olimpiadaya lisenziya qazanmaq üçün dünya çempionatında ilk “7-liy”ə düşmək kifayətdir. Dünyanın ən güclü kanoeçilərinin əksəriyyəti isə Avropa qitəsindəndir.
Daha 2 təmsilçimizə gəldikdə, Boqdan Kurudz 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr, Natalya Fiklisova isə 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafələrə yürüşlərdə finala yüksələ bilməyiblər. Kurudz bu gün Bakı vaxtı ilə saat 18:43-də 1 nəfərlik kanoe qayığı (C-1) ilə 5000 metr məsafəyə final yürüşündə də mübarizə aparacaq.
Texniki nəticələr
Avropa çempionatı
Final A
Kanoe
Məsafə: 500 metr
1 nəfərlik qayıq (C-1)
1. Valentin Demyanenko (AZƏRBAYCAN) – 01:50.681
2. Pavel Baraşkeviç (Polşa) – 01:50.693
3. Zianis Xaraja (Belarus) – 01:50.939
4. İlya Ştokalov (Rusiya) – 01:51.989
5. İosif Kirila (Rumıniya) – 01:52.463
6. Deyan Georgiyev (Bolqarıstan) -01:53.327
7. Elder Silva (Portuqaliya) – 01:54.497
8. Paolo Buççione (İtaliya) – 01:55.025
9. Peter Daniel Korisanski (Macarıstan) – 01:56.627
2 nəfərlik qayıq (C-2)
1. Viktor Mixalaki - Liviu-Alexandru Lazar-Dumitresku (Rumıniya) – 01:41.641
2. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 01:41.689
3. Marius Kruk – Roman Rınkyeviç (Polşa) – 01:41.959
4. Nikolay Lipkin – Viktor Melantyev (Rusiya) – 01:42.331
5. Aleksandr Vavçetski – Dmitri Rabçanka (Belarus) – 01:42.517
6. Yaroslav Radon – Filip Dvorak (Çexiya) – 01:43.741
7. Sabolç Nemet – Henrik Vasbanyay (Macarıstan) – 01:44.209
8. Konstantin Melniçuk – Vladimir Trotsyuk (Ukrayna) – 01:45.853
9. Luka İnkollinqo – Sergey Kratsyun (İtaliya) – 01:48.313
Məsafə: 200 metr
1 nəfərlik qayıq (C-1)
1. Valentin Demyanenko (AZƏRBAYCAN) – 39,855
2. Alfonso Benavides Lopes De Ayala (İspaniya) – 40,047
3. Yuri Çeban (Ukrayna) – 40,161
4. Aleksey Korovaşkov (Rusiya) – 40,539
5. Sebastyan Brendel (Almaniya) – 40,749
6. Elder Silva (Portuqaliya) – 40,827
7. Adam Ginter (Polşa) – 40,971
8. Lyubomir Haqara (Slovakiya) - 42,075
9. Atilla Bojsik (Macarıstan) – kənarlaşdırılıb.
2 nəfərlik qayıq (C-2)
1. Raymundas Labukas – Tomas Qadeykis (Litva) – 37,416
2. Aleksandr Vavçetski – Dmitri Rabçanka (Belarus) – 37,866
3. Atilla Bojsik – Qabor Xorvat (Macarıstan) – 37,914
4. Nikolay Lipkin – Viktor Melantyev (Rusiya) – 38,004
5. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 38,166
6. Viktor Mixalaki - Liviu-Alexandru Lazar-Dumitresku (Rumıniya) – 38,598
7. Vladimir Trotsyuk – Konstantin Melniçuk (Ukrayna) – 39,618
8. Aleksandru Andries – Stanislav Barkari (Moldova) – 40,344
9. Marin Fernando Lopes – Ximenes Migel Ruis (İspaniya) – 41,604
Məsafə: 1000 metr
2 nəfərlik qayıq (C-2)
1. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) – 03:28.584
2. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) – 03:28.614
3. Viktor Mixalaki - Liviu-Alexandru Lazar-Dumitresku (Rumıniya) – 03:28.818
4. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 03:29.760
5. Yaroslav Radon – Filip Dvorak (Çexiya) – 03:30.546
6. Qabor Seleş – Peter Nagi (Macarıstan) – 03:33.210
7. Sergey Kratsyun – Luka İnkollinqo (İtaliya) – 03:35.304
8. Andrey Turkan – Pavel Rusu (Moldova) – 03:37.170
9. Pavel Skovronski – Martsin Qrjibovski (Polşa) - 03:37.254
