18 iyun 2011 18:24

Azərbaycan üçün AÇ-də növbəti final

Serbiyanın paytaxtı Belqradda kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 2009-cu ildə Avropa və dünya çempionu olduğu 200 metr məsafəyə yürüşə qatılıb.
 
O, seçmə mərhələdə 39,103 saniyə nəticə göstərərək, 1-ci yeri tutub. Bununla da Demyanenko birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü iyunun 19-da Bakı vaxtı ilə saat 15:40-da olacaq. Demyanenko ötən gün 500 metr məsafəyə yürüşdə də əsas finala vəsiqə qazanıb. O, iyunun 19-da saat 13:11-də həmin məsafəyə də  həlledici yürüşə qatılacaq.
 
2 nəfərlik kanoe qayığı (C-2) ilə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 3 məsafəyə əsas final yürüşlərindən 1-ini arxada qoyub. Onlar bu gün 1000 metr məsafəyə həlledici yürüşdə 3 dəqiqə 29,760 saniyə nəticə göstərərək, 4-cü yeri tutublar. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) dueti 3 dəqiqə 28,584 saniyə nəticə ilə 1-ci, Andrey və Aleksandr Baqdanoviç qardaşları (Belarus) 3 dəqiqə 28,614 saniyə ilə 2-ci, Viktor Mixalaki – Liviu-Alexandru Lazar-Dumitresku cütlüyü (Rumıniya) isə 3-cü olub.
 
Bezuqlıy – Prokopenko dueti iyunun 19-da saat 13:50-da 500 metr, saat 16:19-da isə 200 metr məsafələrə əsas final yürüşlərində çıxış edəcək.
 
Daha bir kanoeçimiz – 1 nəfərlik qayıqla (C-1) çıxış edən Boqdan Kurudz 1000 metr məsafəyə yürüşdə yarımfinal yürüşündə 4 dəqiqə 0,230 saniyə ilə 5-ci nəticə nəticə göstərib. O, ilk “3-lüy”ə düşə bilmədiyi üçün əsas final yürüşündən kənarda qalıb. Bununla belə, Kurudz iyunun 19-da saat 19:55-də 5000 metr məsafəyə əsas final yürüşündə mübarizə aparacaq.
 
Yeganə qadın təmsilçimiz və yeganə kayakçımız Natalya Fiklisova isə 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yarımfinal yürüşündə 1 dəqiqə 59,655 saniyə nəticə ilə 9-cu olub və əsas finala çıxa bilməyib.  

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.