18 iyun 2011 19:22

Yığmamızın iki üzvü DÇ-nin finalında

Almaniyanın Hamburq şəhərində təşkil olunan akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun II mərhələsində bu gün yarımfinal yürüşləri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı təmsil edən 4 avarçəkəndən 2-si əsas finala yüksəlib.
 
Bunlar kişilərin 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) yürüşünə qatılan Cavid Əfəndiyev və qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışan Nataliya Mustafayevadır. Əfəndiyev yarımfinalda 2000 metr məsafəni 7 dəqiqə 25,07 saniyəyə qət edərək, 3-cü yeri tutub. Avarçəkənimiz Yeni Zelandiya və ABŞ təmsilçilərindən geri qalsa da, Honq Konq, Braziliya və Özbəkistandan olan rəqiblərini qabaqlaya bilib. Bu nəticə onun ilk 2 pillənin sahibləri ilə birgə əsas finala yüksəlməsi üçün yetərli olub. Həlledici yürüş bu gün Bakı vaxtı ilə saat 20:03-də olacaq.
 
Mustafayeva da eyni məsafəni 3-cü pillədə başa vurub. O, finişə 7 dəqiqə 35,07 saniyəyə çatıb. Çin və Yeni Zelandiya təmsilçilərindən geri qalan qadın idmançımız Rusiya, Estoniyadan olan rəqiblərini və Azərbaycanın digər təmsilçisi İskra Angelovanı geridə qoyub. Mustafayeva ilk 2 pillənin sahibləri ilə birgə əsas finala, 8 dəqiqə 14,46 saniyə nəticə göstərmiş Angelova isə 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxıb. B finalı bu gün saat 19:18-də, əsas final sabah keçiriləcək.   
 
Nəhayət, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandr Aleksandrov yarımfinalda 4-cü yeri tutub. 7 dəqiqə 10,43 saniyə nəticə ilə Yeni Zelandiya, İsveç və ABŞ-dan olan rəqiblərindən geri qalan Aleksandrov Braziliya və İsveçrə təmsilçilərini üstələyib. Avarçəkənimiz bu nəticə ilə B finalına çıxıb. Həmin yürüş bu gün saat 19:24-də baş tutacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.