17 iyun 2011 17:54

AÇ-də möhtəşəm start: 5 final, 2 yarımfinal!

Bu gün Serbiyanın paytaxtı Belqradda kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir k, 38 ölkənin qatıldığı nüfuzlu yarışda Azərbaycanı 5 idmançı təmsil edir.
 
Günün ilk yarısında onlar seçmə mərhələ yürüşlərini uğurla başa vuraraq növbəti mərhələyə yüksəliblər. Kanoeçi Boqdan Kurudz və yeganə qadın təmsilçimiz, kayakçı Natalya Fiklisova yarımfinala, kanoeçi Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 məsafəyə yürüşdə birbaşa əsas finala yüksəliblər. 
 
Əvvəlcə 1000 metr məsafəyə seçmə yürüşlər başlayıb. 1 nəfərlik kanoe qayığında (C-1) çıxış edən Boqdan Kurudz bu məsafəni 4 dəqiqə 1,622 saniyəyə qət edərək, öz qrupunda 9 iştirakçı arasında 8-ci yeri tutub. Göstərdiyi nəticə onun yarımfinala yüksəlməsi üçün yetərli olub. Yarımfinal yürüşü bu gün Bakı vaxtı ilə saat 18:16-da keçiriləcək. Ardından 2 nəfərlik kanoe qayığı (C-2) ilə ötənilki Avropa çempionlarımız Sergey Bezuqlıy – Maksim Prokopenko dueti mübarizəyə qoşulub. Onlar finişə 3 dəqiqə 38,811 saniyəyə çataraq, öz qruplarında 2-ci olublar. Bu nəticə ilə azərbaycanlı cütlük birbaşa əsas finala (Final A) yüksəlib. Həlledici mərhələ yürüşü iyunun 18-də saat 16:04-də olacaq.   
 
500 metr məsafəyə seçmə yürüşdə yığmamızın üzvlərindən ilk olaraq, yeganə qadın təmsilçimiz və yeganə kayakçımız Natalya Fiklisova çıxış edib. O, 1 nəfərlik qayıqla (K-1) 1 dəqiqə 56,587 saniyə nəticə göstərərək, öz qrupunda 8 iştirakçı arasında 7-ci yeri tutub. Bu nəticə ilə Fiklisova növbəti mərhələyə yüksəlib. Yarımfinal yürüşü bu gün saat 20:05-də olacaq. 1 nəfərlik kanoe qayığı (C-1) ilə çıxış edən Valentin Demyanenko isə eyni məsafəni 1 dəqiqə 47,431 saniyəyə qət edib. Demyanenko öz qrupunda 2-ci yeri tutaraq, birbaşa A finalına yüksəlib. Həlledici mərhələ yürüşü iyunun 19-da saat 13:11-də olacaq. Nəhayət, 2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti finişə 1 dəqiqə 39,482 saniyəyə çatıb. Öz qrupunda 3-cü yeri tutan azərbaycanlı cütlük A finalına çıxıb. Həlledici mərhələ yürüşü iyunun 19-da saat 13:50-də olacaq.
 
Beləliklə, günün ilk yarısında göstərdikləri nəticələrə əsasən, Avropa çempionatında ölkəmizin ən azı 3 medal qazanmaq imkanı yaranıb. Boqdan Kurudz və Natalya Fiklisova yarımfinal mərhələsini ilk “3-lük”də tamamlayacaqları halda, əsas finala çıxacaqlar. Digər tərəfdən, iyunun 19-da Boqdan Kurudz 5000 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 200 metr məsafəyə yürüşdə birbaşa əsas finalda çıxış edəcəklər. Valentin Demyanenko isə 2009-cu ildə Avropa və dünya çempionu olduğu 200 metr məsafəyə iyunun 18-də seçmə mərhələ yürüşünə qatılacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.