9 iyun 2011 00:03

Yığmamızın AÇ üçün heyəti açıqlandı

İyunun 17-də Serbiyanın paytaxtı Belqradda kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 40-dək ölkənin qatılacağı nüfuzlu yarışda Azərbaycanı 4 kişi, 1 qadın idmançı təmsil edəcək.
 
Yeganə qadın təmsilçimiz kayak növündə mübarizə aparacaq Natalya Fiklisovadır. Fiklisova 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüş edəcək. Kişilər isə kanoeçilərin yarışına qatılacaqlar. 2009-cu ilin dünya və Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələri qət edəcək. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr və 5000 metr məsafələrə yürüşlərdə qüvvəsini sınayacaq. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) yürüşdə 2010-cu ildə Avropa çempionu adını qazandıqları 1000 metr məsafə ilə yanaşı, 500 metr və 200 metr məsafələrə yürüşlərdə də çıxış edəcək.
 
Milli komandamız Avropa çempionatı öncəsi mayın əvvəllərindən Polşada baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərliyi altında təlim-məşq toplantısı keçib. Kayak və kanoeçilərimiz Dünya Kubokunun 3 mərhələsindən 2-də iştirak edib. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti Dünya Kubokunun I mərhələsində 2 qızıl, 1 gümüş, III mərhələdə 1 gümüş medala layiq görülüb. Valentin Demyanenko isə Dünya Kubokunun III mərhələsində 200 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə bürünc medal qazanıb. Amma Adnan Əliyev və Natalya Fiklisova əsas finala çıxa bilməyib.
 
Azərbaycan yığması Avropa çempionatında ardıcıl 3-cü il mübarizə aparacaq. 2009-cu ildə Almaniyanın Brandenburq şəhərində keçirilmiş qitə çempionatında ölkəmizi 3 kanoeçi, 1 kayakçı təmsil edib. Kanoeçilərimizdən Demyanenko qızıl, Bezuqlıy – Prokopenko dueti bürünc medal qazanıb. Kayakçı Ramil Məmmədov isə seçmə mərhələdəcə mübarizəni dayandırıb.  2010-cu il Avropa çempionatında ölkəmizdən yalnız Bezuqlıy – Prokopenko dueti yarışıb. Bu cütlük 1 qızıl, 1 gümüş medala layiq görülüb. Bu dəfə isə ölkəmiz daha geniş tərkibdə - 5 idmançı ilə təmsil olunacaq.
 
Qeyd edək ki, iyunun 19-dək davam edəcək Avropa çempionatı 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi son sınaq olacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.