3 iyun 2011 00:39

Avarçəkənlərimiz Böyük Moskva reqatasında

Bu gün - iyunun 3-də Rusiya paytaxtında akademik avarçəkmə üzrə Böyük Moskva reqatası start götürəcək. Azerisport.az xəbər verir ki, sayca 50-ci dəfə keçiriləcək yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
 
Ölkəmizi 2 qayıq tipində 4 avarçəkən təmsil edəcək. Onlardan Fuad Mirzəyev – Aleksandr Qlotov dueti 2 nəfərlik sükansız (M2-), Kamal Xanlarov – Qardaşxan Hüseynli dueti isə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşə qatılacaq. İdmançılarımız məşqçi Samir Məmmədovun rəhbərliyi altında yarışacaqlar. Nümayəndə heyətimizin rəhbəri Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyevadır. Moskvadakı “Krılatskoe” avarçəkmə kanalında təşkil olunacaq turnirə iyunun 5-də yekun vurulacaq.
 
Qeyd edək ki, akademik avarçəkmə üzrə yığma komandamız Böyük Moskva reqatasında ardıcıl 3-cü dəfə mübarizə aparacaq. Millimiz 2009-cu ildə 2 qızıl, 1 bürünc, 2010-cu ildə isə gümüş medal qazanıb.  

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.