30 may 2011 12:15

Dünya kubokunda 1 gümüş, 2 bürünc

Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun 3-cü mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda çıxış edən Azərbaycan yığması iki gümüş, bir bürünc medal qazanıb.
 
Kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqla (C-1) mübarizə aparan Valentin Demyanenko 1 gümüş, 1 bürünc, 2 nəfərlik qayıqla (C-2) yarışan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə gümüş medala sahib olub.
 
Əvvəlcə Valentin Demyanenko 500 metr və 200 metr, Andrey Kraytor isə 200 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə əsas finala (Final A) vəsiqə qazanıb. Demyanenko 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 1 dəqiqə 55,456 saniyəyə 1-ci pillədə qət edib. C-1 kateqoriyalı qayıqla eyni məsafəyə yürüş edən Andrey Kraytor isə 2 dəqiqə 0,609 saniyə nəticə ilə 2-ci yeri tutub. Demyanenko birbaşa mayın 29-da keçirilmiş əsas finala yüksəlib. Həlledici yürüşdə o, 1 dəqiqə 50,50 saniyə nəticə ilə 3-cü yeri tutub. Kraytor isə yarımfinalda 2 dəqiqə 4,668 saniyə nəticə ilə 4-cü yeri tutub və mayın 29-da saat 16:40-da 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında mübarizə aparıb. O, 1 dəqiqə 52,394 saniyə nəticə ilə 10-cu olub.
 
Valentin Demyanenko ilə Andrey Kraytor mayın 28-də 200 metr məsafəyə yürüşə də qatılıblar. Seçmə mərhələdə Demyanenko 40,338 saniyə nəticə ilə birinci, Kraytor isə 42,571 saniyə nəticə ilə 2-ci yeri tutub. Onlar yarımfinala yüksəliblər. Növbəti mərhələdə Demyanenko 40,165 saniyə nəticə ilə 1-ci, Kraytor isə 41,165 saniyə nəticə ilə 3-cü yeri tutub. Onların hər ikisi əsas finala vəsiqə qazanıb. Həlledici mərhələ yürüşündə Demyanenko finişə 40,192 saniyəyə çataraq gümüş medala sahib çıxıb. Kraytor isə 40,964 saniyə nəticə ilə 8-ci yeri tutub. 
 
Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşdə seçmə mərhələni 3 dəqiqə 57,985 saniyə nəticə ilə 5-ci pillədə başa vurub. Bu nəticə ilə Bezuqlıy – Prokopenko cütlüyü növbəti mərhələyə çıxıb. Yarımfinalda kanoeçi duetimiz 3 dəqiqə 39,603 saniyə nəticə ilə 1-ci yeri tutub. Beləliklə, Bezuqlıy – Prokopenko dueti əsas finala yüksəlib. Həlledici mərhələdə kanoeçi cütlüyümüz 3 dəqiqə 34,476 saniyə nəticə ilə ikinci olub. Yalnız rusiyaılı duetdən 0,486 saniyə geri qalan Bezuqlıy – Prokopenko dueti ölkəmizə daha bir medalı qazandırıb.
 
Bu cütlük daha 2 məsafəyə yürüşdə finala vəsiqə əldə edib. 500 metr məsafəyə seçmə mərhələ yürüşündə 1 dəqiqə 52,184 saniyə nəticə göstərən Bezuqlıy – Prokopenko dueti 2-ci yeri tutub və birbaşa əsas finala çıxıb. Bu məsafəyə həlledici yürüş mayın 29-da olub. Onlar finalda 1 dəqiqə 39,440 saniyə nəticə ilə 4-cü yeri tutublar. 200 metr məsafəyə seçmə yürüşdə Bezuqlıy – Prokopenko dueti 40,338 saniyə nəticə ilə birinci yeri tutub. Bununla da azərbaycanlı cütlük birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşündə onlar 38,246 saniyə nəticə ilə 6-cı yeri tutublar.
 
1000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüş edən daha 2 kanoeçimiz – Adnan Əliyev və Boqdan Kurudz mükafatçılar sırasına düşə bilməyib. Əliyev seçmə mərhələdə 4 dəqiqə 17,639 saniyə nəticə ilə 5-ci, Kurudz isə 4 dəqiqə 13,202 saniyə nəticə ilə 7-ci yeri tutub. Yarımfinalda isə Kurudz daha yaxşı nəticə göstərib. O, 4 dəqiqə 12,353 saniyə nəticə ilə 6-cı olduğu halda, Əliyev 4 dəqiqə 32,648 saniyə göstərici ilə 9-cu yeri tutub. Onlardan Kurudz mayın 28-də B finalında yarışıb. O, 4 dəqiqə 3,575 saniyə nəticə ilə ümumi hesabda 16-cı olub. Əliyev isə çıxışlarını başa vurub.
 
Kayakçılarımızdan Mirnazim Cavadov seçmə mərhələyə uğurla start götürüb. Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə 1 dəqiqə 49,476 saniyə nəticə ilə 1-ci yeri tutub. Yarımfinalda isə o, 1 dəqiqə 52,145 saniyə nəticə ilə 5-ci yeri tutub və mayın 29-da B finalında iştirak hüququna yiyələnib. Cavadov bu dəfə 1 dəqiqə 43,083 saniyə göstərici ilə ümumi nəticədə 15-ci olub.
 
Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla (K-2) seçmə mərhələni 1 dəqiqə 38,242 saniyəyə dəf edərək, 4-cü olub. Yarımfinalda 1 dəqiqə 42,339 saniyə nəticə göstərən duet yenə 4-cü olub. Onlar da mayın 29-da B finalına qatılıblar. Bu dəfə Vəlizadə - Mustafayev dueti 01 dəqiqə 33,285 saniyə nəticə ilə 11-ci olub.
 
Həm Mirnazim Cavadov, həm də Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti mayın 28-də 200 metr məsafəyə yürüşlərə də qatılıblar. Cavadov seçmə mərhələdə 38,915 saniyə nəticə ilə 6-cı yeri tutub. Vəlizadə - Mustafayev dueti isə 35,925 saniyə nəticə ilə 8-ci olub. Yarımfinalda Cavadov 40,138 saniyə nəticə ilə 9-cu yeri tutub. Vəlizadə - Mustafayev dueti isə 36,142 saniyə nəticə ilə 7-ci olub. Onların hər ikisi mübarizəni dayandırıblar.   
 
Qeyd edək ki, kayak və kanoeçilərimiz daha öncə Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kubokunun I mərhələsində mübarizə aparıblar. Həmin yarışda Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 qızıl, 1 gümüş medal qazanıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.