28 may 2011 13:34

Azərbaycan üçün 3 final

Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun 3-cü mərhələsində Azərbaycan yığması uğurla start götürüb. Azerisport.az xəbər verir ki, kanoeçilərin mübarizəsində 2 nəfərlik qayıqla (C-2) yarışan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr və 500 metr, 1 nəfərlik qayıqla (C-1) çıxış edən Valentin Demyanenko isə 500 metr məsafəyə yürüşdə əsas finala (Final A) vəsiqə qazanıblar.
 
Bezuqlıy – Prokopenko dueti 1000 metrlik məsafəyə yürüşdə seçmə mərhələni 3 dəqiqə 57,985 saniyə nəticə ilə 5-ci pillədə başa vurub. Bu nəticə ilə Bezuqlıy – Prokopenko cütlüyü növbəti mərhələyə çıxıb. Yarımfinalda kanoeçi duetimiz 3 dəqiqə 39,603 saniyə nəticə ilə 1-ci yeri tutub. Beləliklə, Bezuqlıy – Prokopenko dueti əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü mayın 28-də Bakı vaxtı ilə saat 14:42-də olacaq. Bu cütlük 500 metr məsafəyə yürüşdə də uğurla çıxış edib. Seçmə mərhələ yürüşündə 1 dəqiqə 52,184 saniyə nəticə göstərən Bezuqlıy – Prokopenko dueti birbaşa əsas finala çıxıb. Bu məsafəyə həlledici yürüş isə mayın 29-da saat 17:29-da olacaq. 
 
Valentin Demyanenko 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 1 dəqiqə 55,456 saniyəyə 1-ci pillədə qət edib. C-1 kateqoriyalı qayıqla eyni məsafəyə yürüş edən Andrey Kraytor isə 2 dəqiqə 0,609 saniyə nəticə ilə 2-ci yeri tutub. Demyanenko birbaşa mayın 29-da saat 17:12-də keçiriləcək əsas finala yüksəlib. Kraytor isə yarımfinalda 2 dəqiqə 4,668 saniyə nəticə ilə 4-cü yeri tutub və 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxıb. Həm Bezuqlıy – Prokopenko dueti, həm də Demyanenko ilə Kraytor mayın 28-də 200 metr məsafəyə yürüşə də qatılacaqlar.
 
Kayakçılarımızdan Mirnazim Cavadov seçmə mərhələyə uğurla start götürüb. Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə 1 dəqiqə 49,476 saniyə nəticə ilə 1-ci yeri tutub. Yarımfinalda isə o, 1 dəqiqə 52,145 saniyə nəticə ilə 5-ci yeri tutub və mayın 29-da keçiriləcək B finalına çıxıb. Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla (K-2) seçmə mərhələni 1 dəqiqə 38,242 saniyəyə dəf edərək, 4-cü olub. Yarımfinalda 1 dəqiqə 42,339 saniyə nəticə göstərən duet yenə 4-cü olub. Onlar da mayın 29-da keçiriləcək B finalına çıxıblar. Həm Cavadov, həm də Vəlizadə - Mustafayev dueti mayın 28-də 200 metr məsafəyə yürüşlərə də qatılacaqlar. 
 
Qeyd edək ki, 1000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüş edən daha 2 kanoeçimiz – Adnan Əliyev və Boqdan Kurudz isə mükafatçılar sırasına düşə bilməyib. Əliyev seçmə mərhələdə 4 dəqiqə 17,639 saniyə nəticə ilə 5-ci, Kurudz isə 4 dəqiqə 13,202 saniyə nəticə ilə 7-ci yeri tutub. Yarımfinalda isə Kurudz daha yaxşı nəticə göstərib. O, 4 dəqiqə 12,353 saniyə nəticə ilə 6-cı olduğu halda, Əliyev 4 dəqiqə 32,648 saniyə göstərici ilə 9-cu yeri tutub. Onlardan Kurudz mayın 28-də B finalında yarışacaq. Əliyev isə çıxışlarını başa vurub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.