27 may 2011 20:01

Azərbaycan dünya kubokunun finalında

Bu gün - mayın 27-də Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun III mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, 1000 metr məsafəyə yürüşdə Azərbaycan kanoeçilərindən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti finala yüksəlib.
 
 2 nəfərlik qayıqla (C-2) çıxış edən duet seçmə mərhələni 3 dəqiqə 57,985 saniyə nəticə ilə 5-ci pillədə başa vurub. Bu nəticə ilə Bezuqlıy – Prokopenko cütlüyü növbəti mərhələyə çıxıb. Yarımfinalda kanoeçi duetimiz 3 dəqiqə 39,603 saniyə nəticə ilə 1-ci yeri tutub. Beləliklə, Bezuqlıy – Prokopenko dueti əsas finala (Final A) yüksəlib.
 
1000 metr məsafəyə 1 nəfərlik qayıqla (C-1) yürüş edən daha 2 kanoeçimiz – Adnan Əliyev və Boqdan Kurudz isə mükafatçılar sırasına düşə bilməyib. Əliyev seçmə mərhələdə 4 dəqiqə 17,639 saniyə nəticə ilə 5-ci, Kurudz isə 4 dəqiqə 13,202 saniyə nəticə ilə 7-ci yeri tutub. Yarımfinalda isə Kurudz daha yaxşı nəticə göstərib. O, 4 dəqiqə 12,353 saniyə nəticə ilə 6-cı olduğu halda, Əliyev 4 dəqiqə 32,648 saniyə göstərici ilə 9-cu yeri tutub. Onlardan Kurudz 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında yarışacaq. Əliyev isə çıxışlarını başa vurub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.