11 may 2011 17:15

Millimiz vətənə 1 qızıl, 1 bürünc medalla qayıtdı

Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Almaniyanın Münhen şəhərində keçirilmiş ənənəvi "Internationale DRV-Junioren-Regatta” turnirində çıxış ediblər. Azerisport.az xəbər verir ki, yarışa 5 oğlan, 1 qız avarçəkənlə qatılan komandamız vətənə 1 qızıl, 1 bürünc medalla qayıdıb.
 
Qızıl medalı ölkəmizə 16 yaşlı vunderkind Boris Yotov qazandırıb. 1 nəfərlik qayıqla 18 yaşadək akademik avarçəkənlərin mübarizəsinə qatılan Yotov bütün rəqiblərini arxada qoyub. O, finalda 2000 metr məsafəni 7 dəqiqə 53,26 saniyəyə qət edib. Avarçəkənimiz Almaniyanın 3, Avstriya və Sloveniyanın hərəyə 1 təmsilçisini geridə qoyub. Bürünc medala isə Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti layiq görülüb. 18 yaşlılar arasında 2 nəfərlik qoşa avarlı qayıqla (JM 2X A) çıxış edən azərbaycanlı cütlük 2000 metr məsafəni 7 dəqiqə 46,15 saniyəyə qət edib. 16 yaşadək qızların mübarizəsində 1 nəfərlik qayıqla (JM 1X B) çıxış edən Alyona Kaporeyko, eləcə də oğlanlar arasında 2 nəfərlik sükansız qayıqla (JM 2- A) mübarizə aparan Novruz Əliyev – Bayram Əliyev dueti mükafatçılar sırasına düşə bilməyib.
 
Akademik avarçəkənlərimiz Almaniyada məşqçilər Samir Məmmədov və Yuliana Stoyevanın rəhbərliyi altında yarışıblar. "Internationale DRV-Junioren-Regatta”da Almaniyanın 15 klubundan əlavə, Avstriya, Braziliya, Bolqarıstan, Xorvatiya, Çexiya, İspaniya, Fransa, Böyük Britaniya, İrlandiya, Hollandiya, Polşa, Sloveniya, Serbiya, İsveçrə də təmsil olunub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.