10 may 2011 11:35

Azərbaycan 39 ölkə arasında 5-ci oldu

Polşanın Poznan şəhərindəki Dünya Kubokunun I mərhələsində möhtəşəm uğura imza atan Azərbaycanın kayak və kanoe üzrə milli komandası ümumi hesabda dünyanın 5 ən güclü ölkəsi sırasına düşüb. Azerisport.az xəbər verir ki, 39 ölkənin qatıldığı nüfuzlu yarışda 21 ölkə medal əldə edib ki, onların arasında Azərbaycan da var.
 
Ölkəmiz 2 qızıl, 1 gümüş medal qazanıb. Həmin medalların müəllifi isə 2 nəfərlik kanoe qayığı (C-2) ilə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti olub. Məhz bu duetin nailiyyəti sayəsində ölkəmiz medal əyarında 5-ci yeri tutub. Əvvəlki 4 pillələrdə olan Belarus 11 (6 qızıl, 1 gümüş, 4 bürünc), Polşa 11 (3 qızıl, 4 gümüş, 4 bürünc), Fransa 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), Portuqaliya 4 (2 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanıb. Lakin həmin ölkələr bu qədər medala həm kanoe, həm də kayak növündə sahib çıxıblar. Azərbaycan medal əyarında Ukrayna (2 qızıl, 1 bürünc), Almaniya (1 qızıl, 2 gümüş, 1 bürünc), Özbəkistan (1 qızıl, 2 gümüş), Avstriya (1 qızıl, 1 gümüş), Böyük Britaniya (1 qızıl, 1 gümüş), Litva (1 qızıl, 1 gümüş), Qazaxıstan (1 qızıl, 2 bürünc), İsveç (1 qızıl, 2 bürünc), Norveç (2 gümüş, 2 bürünc), Hollandiya (2 gümüş), Slovakiya (2 gümüş), Avstraliya (1 gümüş, 2 bürünc), Belçika (1 gümüş, 1 bürünc), Bolqarıstan (1 gümüş), Serbiya (3 bürünc)və Rumıniyanı (1 bürünc) geridə qoyub. Braziliya, Çili, Kuba, Ekvador, Finlandiya, Macarıstan, İrlandiya, İran, Yaponiya, Latviya, Moldova, Yeni Zelandiya, Seyşel adaları, Sloveniya, CAR, İsveçrə, Türkiyə və Venesuela isə medalsız qalıb.
 
Dünya Kubokunun I mərhələsində ölkələr üzrə olimpiya məsafələri və olimpiya kateqoriyalı qayıqlarla (cəmi 12) qazanılan xallara gəldikdə, Azərbaycan 16 xal yığıb. Bunlardan 6 xalı 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 4-cü yeri tutan Valentin Demyanenko, hərəyə 5 xalı isə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşdə qızıı medal qazanmış Sergey Bezuqlıy və Meksim Prokopenko əldə edib. Bu nəticə ilə ölkəmiz Polşa (70 xal), Belarus (57 xal), Almaniya (52 xal), Portuqaliya (49 xal), Ukrayna (48 xal), Fransa (40 xal), Serbiya (28 xal), Avstraliya (24 xal), Böyük Britaniya (24 xal), İsveç (21 xal), Litva (17 xal) və Özbəkistandan (17 xal) sonra 13-cü yeri tutub. Norveç (13 xal), Bolqarıstan (12 xal), Yeni Zelandiya (12 xal), Avstriya (8 xal), Belçika (8 xal), Qazaxıstan (7 xal), Latviya (7 xal), Kuba (5 xal), Finlandiya (5 xal), Sloveniya (4 xal), Slovakiya (4 xal), Rumıniya (2 xal), Hollandiya (1 xal) geridə qalıbvə 13-cü yeri tutub. Çili, Ekvador, Macarıstan, İran, İrlandiya, Yaponiya, Moldova, CAR, Seyşel adaları, İsveçrə, Türkiyə və Venesuela ümumiyyətlə xal toplaya bilməyib.
 
Dünya Kubokunun I mərhələsindən sonra xal qazanan 32 kanoeçi arasında Valentin Demyanenko 6 xalla 6-cı yerdədir. Hərəyə 5 xala malik daha 2 kanoeçimizdən Sergey Bezuqlıy 8-ci, Maksim Prokopenko isə 11-ci pillədə qərarlaşır. İlk “5-lik”də almaniyalı Sebastyan Brendel (15 xal), ukraynalı Yuri Çeban (11 xal), özbəkistanlı Vadim Menkov (10 xal), litvalı Yevgeni Şuklin (8 xal) və polşalı Tomaş Kaçor (7 xal) yer alıb. Kayakçılarımızdan isə heç kim xal toplaya bilməyib.
 
Qeyd edək ki, xal reytinqi ilin ən yaxşı kayak və kanoeçisini müəyyənləşdirmək üçün tərtib edilir. İlin ən yaxşısı Dünya Kubokunun daha 2 mərhələsi və dünya çempionatında toplanılan xalların yekununda müəyyənləşir. Dünya Kubokunun II mərhələsi 20 – 22 mayda Çexiyanın Raçitse, III mərhələsi 27 – 29 mayda Almaniyanın Duysburq, dünya çempionatı isə 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində olacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.