9 may 2011 11:07

Dünya Kubokunda 2 qızıl, 1 gümüş medal!

Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığması 2 qızıl, 1 gümüş medala sahib çıxıb.
 
Bütün medalları ölkəmizə 2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti qazandırıb. Bu duet mayın 7-də olimpiya məsafəsi sayılan 1000 metr məsafəyə yürüşdə qızıl medal əldə etdikdən sonra, bu gün 500 metr və 200 metr məsafələrə yürüşdə də mükafatçılar sırasına düşüb. Onlar 500 metr məsafəni 1 dəqiqə 47,504 saniyəyə qət edərək, daha bir qızıl medal qazanıblar. 200 metr məsafəyə yürüşdə isə Bezuqlıy – Prokopenko dueti 40,292 saniyə nəticə ilə gümüş medala yiyələnib. Azərbaycan təmsilçiləri qızıl medal qazanan litvalı cütlükdən 0,340 saniyə geri qalıb.
 
1 nəfərlik kanoe qayığı (C-1) ilə çıxış edən Valentin Demyanenko 200 metr və 500 metr, Andrey Kraytor isə 500 metr məsafəyə yürüşdə də mükafatçılar sırasına düşməyə yaxın olub. Lakin Demyanenko 2009-cu ildə Avropa və dünya çempionu olduğu 200 metr məsafəni bu dəfə 43,230 saniyə nəticə ilə 4-cü pillədə başa vurub. Bu məsafədə Kraytor 45,832 saniyə nəticə ilə 16-cı yeri tutub. 500 metr məsafəyə yürüşdə isə Demyanenko 2 dəqiqə 8,813 saniyə nəticə ilə 7-ci, Kraytor 2 dəqiqə 9,173 saniyə nəticə ilə 8-ci olub.
 
1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüş edən 2 kanoeçimizdən Adnan Əliyev seçmə mərhələdəcə mübarizəni dayandırıb. Boqdan Kurudz isə B finalında 4 dəqiqə 44,440 saniyə nəticə ilə 8-ci, ümumi hesabda isə 17-ci yeri tutub. Kurudz və Əliyev 5000 metr məsafəyə final yürüşündə də iştirak ediblər. Bu məsafəni Kurudz 25 dəqiqə 9,703 saniyə nəticə ilə 5-ci, Əliyev isə 26 dəqiqə 18,175 saniyə göstərici ilə 11-ci pillədə başa vurib.
 
Kayakçılarımıza gəldikdə, Azərbaycanı Dünya kubokları tarixində qadınların yarışında ilk dəfə təmsil edən Natalya Fiklisova 500 metr və 200 metr məsafələrə 1 nəfərlik qayıqla (K-1) seçmə mərhələ yürüşündə öz yarımqrupunda 8-ci yeri tutaraq, mübarizəni dayandırıb.
 
Kişilərin mübarizəsində Mirnazim Cavadov, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti Dünya Kubokuna ilk dəfə qatılıb. Cavadov 500 metr məsafəyə yürüşdə 2 dəqiqə 0,705 saniyə nəticə ilə 18-ci yeri tutub. 200 metr məsafəyə yürüşdə isə Cavadov seçmə mərhələdə 8-ci, yarımfinalda 9-cu olaraq, mübarizəni dayandırıb. 2 nəfərlik kayak qayığı (K-2) ilə 500 metr məsafəyə seçmə mərhələ yürüşündə isə Vəlizadə – Mustafayev dueti 1 dəqiqə 48,173 saniyə nəticə ilə 15-ci olub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.