28 aprel 2011 16:39

Azərbaycan millisi üçün Olimpiadaya 10 lisenziya şansı

Kayak və kanoe üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası mayın 5-də Polşanın Poznan şəhərinə yollanacaq. Azerisport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin başçılıq edəcəyi nümayəndə heyətinin tərkibində 10 idmançı yer alacaq.
 
Bunlar kayakçılar Natalya Fiklisova, Mirnazim Cavadov, Rüfət Vəlizadə, Tamerlan Mustafayev, kanoeçilər Valentin Demyanenko, Adnan Əliyev, Sergey Bezuqlıy, Maksim Prokopenko, Andrey Kraytor və Boqdan Kurudzdur. Təmsilçilərimizin ilk sınağı mayın 6-da Polşanın Poznan şəhərində start götürəcək Dünya Kubokunun I mərhələsi olacaq. Üç gün davam edəcək yarışda millimiz əvvəlki illərlə müqayisədə daha geniş tərkibdə mübarizə aparacaq.
 
Ardından kayak və kanoeçilərimiz Polşada qalaraq, daha 3 nüfuzlu yarışa hazırlıq məqsədilə təlim-məşq toplantısı keçəcəklər. Həmin yarışlar 27 – 29 mayda Almaniyanın Duysburq şəhərində təşkil ediləcək Dünya Kubokunun III mərhələsi, 17 – 19 iyunda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatı, 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində baş tutacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı olacaq. Kayak və kanoeçilərimiz, eyni zamanda, 1 – 4 sentyabrda Böyük Britaniyanın Eton şəhərində London olimpiadası öncəsi test yürüşündə qüvvələrini sınayacaqlar.
 
Əsas hədəf Azərbaycanın müstəqillik tarixində ilk dəfə kayak və kanoe növləri üzrə olimpiadaya lisenziyalar qazanmaq və gələn il Londonda daha çox idmançı ilə təmsil olunmaqdan ibarətdir. 4 ayadək davam edəcək səfər məhz bu hədəfə çatmaq üçün təşkil olunub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.