İlham Əliyev Beynəlxalq kanoe federasiyasının prezidentini qəbul edib
İlham Əliyev Beynəlxalq kanoe federasiyasının prezidentini qəbul edib
Martın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Beynəlxalq kanoe federasiyasının prezidenti Xose Perurenanı qəbul edib. Azerisport.az AzərTac'a istinadən xəbər verir ki, Perurena səfər çərçivəsində Mingəçevirə baş çəkəcək və oradakı avarçəkmə mərkəzində olacaq. Perurena belə mərkəzlərin beynəlxalq idman yarışlarının keçirilmsində əhəmiyyətini vurğulayıb.
İlham Əliyev SSRİ-nin süqutundan sonra Mingəçevir avarçəkmə mərkəzinin yararsız hala düşməsini qeyd edərək bildirib ki, son illər bu mərkəzin bərpası və ən müasir standartlar əsasında yenidən qurulması istiqamətində əsaslı işlər görülüb. Görüşdə Mingəçevir avarçəkmə mərkəzinin Azərbaycanda idmanın inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsinə töhvə verəcəyi barədə inam ifadə edilib.
